Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Sərt Brexit" Avropa İttifaqına Böyük Britaniyadan daha çox zərər verəcək

"Sərt Brexit" Avropa İttifaqına Böyük Britaniyadan daha çox zərər verəcək

Brexit sammitinin vaxtı açıqlandı (21 Mart 2017 18:12)
Londondan Şimali İrlandiyaya RƏDD CAVABI (14 Mart 2017 21:38)
İcmalar palatası “Brexit” üzrə dəyişiklikləri rədd etdi (14 Mart 2017 06:03)

Tarix: 24 Oktyabr 2016 19:17

Bakı. 24 oktyabr. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) "sərt" şəkildə ayrılması Avropa şirkətlərinə bu ölkənin şirkətləri ilə müqayisədə 8 mlrd. funt sterlinq çox zərər verəcək. 
"Report" "The Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumat "Civitas" vətəndaş cəmiyyəti institutunun araşdırmalarına əsasən verilib. 
Araşdırmaya görə, Böyük Britaniyanın Aİ-dən "sərt" ayrılması variantında London vahid bazarda yerini itirəcək, bu da avropalı şirkətlərin ildə əlavə olaraq 13 mlrd. funt sterlinq gömrük rüsumu ödəməsinə səbəb olacaq. Böyük Britaniya şirkətləri tərəfindən ödəniləcək əlavə gömrük rüsumlarının həcmi isə 5,2 mlrd. funt sterlinq təşkil edəcək.
İnstitutun araşdırmasına görə, "sərt Brexit" variantında demək olar bütün Aİ ölkələrinin bu ölkəyə ixrac rüsumları britaniyalı şirkətlərin əks istiqamətdə ixrac rüsumu xərclərini ötəcək.
"Report"un analitik qrupu "sərt Brexit" qərarının alınmasının avro və funt sterlinqin dollarla müqayisədə ucuzlaşmasına, funt sterlinqin isə avroyla müqayisədə bahalaşacağına gətirib çıxaracağını ehtimal edir. 
Xatırladaq ki, hazırda USD/EUR məzənnəsi 1,0880, USD/GBP - 1,22, EUR/GBP isə 0,89 səviyyəsində qərarlaşıb.  

Teqlər:  Sərt Brexit Avropa İttifaqına Böyük Britaniyadan çox zərər verəcək



RƏYLƏR


Top xəbərlər