"Anonimus"un hakerləri Assancın qısasını aldılar

"Anonimus"un hakerləri Assancın qısasını aldılar
19:22 24 Oktyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

"Anonimus" qrupunun hakerləri Ekvadorun Londondakı hökumətinin elektron poçtunu blok ediblər.

Lent.az-ın məlumatına görə, onlar bununla "Vikiliks" nəşrinin yaradıcısı Culian Assancın internetinin kəsilməsinin qisasını alıblar. 

Bu barədə hakerlər özləri "Twitter"də yazıblar və məlumata qurumun elektron poçtunun işləmədiyi ilə bağlı skrinşot əlavə ediblər. 

İnternetə məhdudiyyətin yaranması ilə bağlı məlumat oktyabrın 17-də məlum olub. Sonradan "Vikiliks"in jurnalistləri bildiriblər ki, bu addım ABŞ dövlət katibi Con Kerrinin xahişi ilə atılıb. 

Bununla belə, Ekvador hökuməti əminliklə bildirib ki, bu addımlar Assancın fəaliyyətinə təsir göstərməyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR