Futbolçu komadan ayıldı, başqa dildə danışmağa başladı - video

Futbolçu komadan ayıldı, başqa dildə danışmağa başladı - video
19:31 24 Oktyabr 2016
125 Şou
Ölkə mətbuatı
A- A+

Amerikalı 16 yaşlı futbolçu Ryuben Nsemoh oyun zamanı başına aldığı zərbədən sonra komaya düşüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc futbolçu bir neçə gün sonra komadan ayılarkən ispan dildində danışmağa başlayıb.

Maraqlısı budur ki, Ryuben daha öncə ispan dili bilməyib və heç bir kursa getməyib.

Amma bundan da bir neçə gün sonra futbolçu ingilis dilini xatırlamağa və danışmağa başlayıb. Qəribə cəhət ondan ibarətdir ki, o, ingilis dilində yenidən danışmağa başladıqdan sonra ispan dilini unutmağa başlayıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59822

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR