"Azərbaycan haqlı olaraq Cənubi Qafqazda aparıcı ölkə kimi tanınır"

"Azərbaycan haqlı olaraq Cənubi Qafqazda aparıcı ölkə kimi tanınır"
19:32 24 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Macarıstanın baş naziri Viktor Orban Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab prezident,

İcazə verin, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizə təbriklərimi çatdırım.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iyirmi beş il ərzində Sizin ölkə əhəmiyyətli sosial və iqtisadi dəyişikliklərlə üzləşib. Azərbaycan bu dəyişikliklər nəticəsində əldə etdiyi nailiyyətləri ilə haqlı olaraq Cənubi Qafqaz regionunda aparıcı ölkə kimi tanınır.

Mən məmnuniyyətlə bildirirəm ki, bizim ikitərəfli münasibətlərimiz təkcə dostluq xüsusiyyətləri ilə xarakterizə olunmur, həmçinin strateji səviyyədə inkişaf edib.

Hörmətli cənab prezident, icazə verin, Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayım".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/482763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR