Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
19:32 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Noyabrın 1-də Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Milli.Az bildirir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.

Tədbir çərçivəsində Forumun plenar iclası, sənaye, turizm, aqrar və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək və Azərbaycan-Rusiya biznes forumu təşkil ediləcək.

Forumda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/482761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR