Ankara və Moskvanın Qarabağ razılaşması, Əsədə sui-qəsd... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ankara və Moskvanın Qarabağ razılaşması, Əsədə sui-qəsd... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:13 24 Oktyabr 2016
308 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Ki-Uestdə Dağlıq Qarabağ üzrə danışıqların detallarını açıqlayıb. Üçgünlük “humanitar pauza”dan sonra Hələb yenidən bombardman edilməyə başlanılıb. ABŞ-dakı “müharibə partiyası” Suriya böhranının həllini Bəşər Əsədi öldürməkdə görür. Ukraynada nüvə gücünün bərpası ilə bağlı çağırışlar artır.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Vyaçeslav Trubnikovun Belarusun “baltnews” agentliyinə müsahibəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı düstur tapılmışdı.


V.Trubnikov 2000-ci ildə ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində həmin vaxt Azərbaycanın prezidenti olan Heydər Əliyevlə Ermənistan prezidenti Robert Koçaryanın görüşündə yaxından iştirak edib. Keçmiş kəşfiyyat şefi məhz Ki-Uest görüşündə ciddi irəliləyişin olduğunu açıqlayıb.

7 rayon niyə azad olunmadı? - Kəşfiyyat şefi Qarabağ planının detallarını açıqladı

“Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı düsturu tapmışdıq”.

Ermənistanın “1in.am” saytı isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırlıq prosesinin getdiyini yazıb.Sayt yazır ki, Ermənistan ictimaiyyəti ərazilərin qaytarılmasına hazırlanır.

Türkiyə ordusu Qarabağa daxil olacaq – MƏXFİ PLAN

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyənin Dağlıq Qarabağ münaqişəsində konstruktiv rolunu yenidən vurğuladı.

“Lragir” saytı Ermənistanın “aprel müharibəsi”nin şokundan hələ də ayılmayıb. Qeyd edilir ki, hazırda erməni ictimaiyyəti “aprel müharibəsi”ndə ölənlərin ailələrinə və yaralananlara maddi yardımın verilməməsini müzakirə edir.

“Apreldə baş verən silahlı toqquşma sözün əsil mənasında şok effekti yaratdı. Lakin ölkə hələ də bu şokdan ayılmayıb. Eyni zamanda, “dördgünlük müharibə”də ölən və ağır yaralananların ailələrinə sosial təminatın verilməməsi, yaxud bunun çox az miqdarda olması da ayrıca şok effekti yaradır. Bu sahədə problemin olduğu danılmaz faktdır”.

“Aprel müharibəsi”ndə Azərbaycanı örnək göstərən sayt qeyd edir ki, əgər Ermənistanda həmin döyüşdə ölən və yaralanların ailələrinə, yetkinlik yaşına çatmayan övladlarına diqqət göstərilməsə, növbəti müharibədə heç bir hərbçi döyüşmək istəməyəcək: “Bu reallıqdır. Reallıq odur ki, dövlətdən diqqət görməyən döyüşçülər Qarabağdan imtina edirlər. Əgər özlərindən sonra övladlarına baxan olmayacaqsa, onlara müharibə lazım deyil. Bu reallığı dəyişmək üçün doğru addımlar atmaq lazımdır”.

İŞİD paytaxta yaxınlaşdı: 6 saat ərzində...

Dünyanın diqqətinin Mosul əməliyyatına (bu gün 8-ci gündür – red.) yönəldiyi bir vaxtda İŞİD terror təşkilatı strateji məntəqəni ələ keçirib. Təşkilatı İraqın Anbar vilayətinə bağlı Rutbah şəhərində nəzarəti tamamilə təmin edib. İŞİD Kərkükdən sonra Anbardakı “yatan qruplar”ını hərəkətə keçirib. Terror təşkilatı şəhərdə əsir götürdüyü “Haşdı Şabii” milislərini də gülləyib.

Dünən isə strateji əhəmiyyətə malik Başika qəsəbəsi peşmərgə güclərinin (Şimali İraq regional kürd rəhbərliyinin silahlı qüvvələri –red.) əlinə keçib. Peşmərgənin istəyi ilə Türkiyə Silahlı Qüvvələri Başikada İŞİD-in mövqelərini vurub. Mosul əməliyyatında İŞİD lideri Əbubəkr Bağdadinin köməkçisi öldürülüb.

İŞİD terror təşkilatı təşkilatın tərəfində döyüşməkdən imtina edən Mosul şəhərinin 200 mülki sakinini öldürüb.İraq parlamentinin Ninovadan seçilmiş millət vəkili İntisar əl-Cuburinin sözlərinə görə, qətllər Mosulun bir neçə rayonunda törədilib, öldürülən şəxslərin cənazəsi ailələrinə verilməyib.

İki gün öncə isə CNN telekanalı terrorçuların Mosulda 284 nəfəri güllələdiyini xəbər vermişdi.

Türkiyənin Baş naziri Binəli Yıldırım peşmərgə qüvvələrinin təklifi ilə Mosul əməliyyatına qoşulduqlarını açıqlansa da Mosulun İŞİD işğalından azad edilməsi üçün yaradılmış Birləşmiş Ordu Komandanlığı Türkiyənin bu əməliyyata qoşulması ilə bağlı xəbərləri təkzib edib.

Tanınmış türk yazarı İbrahim Qaragül son köşəsində xəbərdarlıq edib ki, Türkiyə Mosulu tutmasa, yeni savaş başlayacaq.

Onun sözlərinə görə, Mosul-Hələb xəttinin şimalı Türkiyə üçün yeni müdafiə xəttidir.

“Nə olursa-olsun, Türkiyə bu xətdə olmalıdır. Həmin bölgədə güc mərkəzi Türkiyə olmalıdır. Məsələ budur: Mosul və Hələb, yəni iki ölkənin şimalı artıq İraq və Suriyanın nəzarətində olmayacaq. Türkiyəni savaşdan uzaqlaşdırmaq üçün PKK-PYD və İŞİD-lə birlikdə oyun qurublar. Bu oyunda Türkiyə hədəfə alınıb və bir müddət sonra bizə müharibə də elan edə bilərlər. Bu bölgə mütləq şəkildə Türkiyənin nəzarətinə keçməlidir”, - İbrahim Karagül bildirib.

“Nüvə silahını bərpa etməliyik” – Radikallardan ÇAĞIRIŞ

Ukraynada nüvə gücünün bərpası ilə bağlı növbəti çağırış Ukraynanın Radikal Partiyasının lideri Oleq Lyaşkodan gəlib. O, “Facebook” səhifəsində yazıb ki, Ukrayna nəyin bahasına olursa-olsun nüvə qalxanını bərpa etməlidir.

“Düz 25 il əvvəl Ali Rada Ukraynanın nüvəsiz statusu haqqında bəyanat qəbul etdi. Əminəm ki, bu, dövlət quruluşunun bərpası prosesində bizim ən böyük səhvlərimizdən biri idi”, - Lyaşko qeyd edib.

Onun fikrincə, ölkənin müstəqilliyinin əsas zamini Budapeşt memorandumu deyil, nüvə silahı və güclü ordu olmalıdır: “Boş vədlərə və bizim partnyorlarımızın bəyanatlarına güvənmək özümüzü aldatmaqdır”.

Qeyd edək ki, analoji çağırışlar bundan əvvəl də dəfələrlə səslənib.

“Nüvə silahını bərpa etməliyik” – Radikallardan ÇAĞIRIŞ

“Ukrayna nəyin bahasına olursa-olsun nüvə qalxanını bərpa etməlidir”.

Hələbdə 3 günlük “humanitar pauza” başa çatandan sonra hərbi əməliyyatlar yenidən başlayıb. Suriya ordusu oktyabrın 23-də Hələbin cənubunda hücuma keçib. Birgünlük döyüşlərdən sonra Hələb şəhərinin cənubunda yerləşən Bazza strateji hündürlüyünü ələ keçirilib. Suriya ordusundakı mənbə hücum müvəffəqiyyətlə davam etdiyini və kvartal 1070-də tezliklə daha bir hündürlüyün tam mühasirədə olacağını deyib.

Mənbə bildirib ki, hücumun gedişatında hökumət qoşunları Hekme hündürlüyünü ələ keçirməyi planlaşdırır. Bununla da, kvartal 1070-də olan döyüşçülərin təchizat yolları demək olar ki, kəsiləcək.

“Əgər Hələb itirilərsə...” – Vaşinqtonda Suriya “müharibəsi”

Vaşinqtondakı “müharibə partiyası” Dəməşq rejiminə qarşı sərt addımları atmağa çağırır. Lakin “The Washington Post” nəşrinin yazdığına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Suriya müxalifətinə silah çatdırılması barədə təklifi prezidenti Barak Obama administrasiyasında şübhə ilə qarşılanır.

Sözügedən məsələ dövlət başçısının milli təhlükəsizlik komandası ilə bu yaxınlarda keçirdiyi görüşündə müzakirə edilib. Amma təklif nə rədd, nə də qəbul edilib.

“Əgər Hələb itirilərsə...” – Vaşinqtonda Suriya “müharibəsi”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Suriya müxalifətinə silah çatdırılması barədə təklifi prezidenti Barak Obama administrasiyasında şübhə ilə qarşılanır.

ABŞ Konqresində Beynəlxalq Münasibətlər üzrə Şura tərəfindən təşkil edilmiş qapalı müşavirənin iştirakçısı isə Suriya prezidenti Bəşər Əsədi öldürməklə böhranı nizama salmağı təklif edib.

Bu haqda görüşdə olmuş mənbələrə istinadən “Foreign Policy” nəşri bildirib. Nəşr qeyd edir ki, bu təşəbbüs tədbir iştirakçılarının təəccübünə səbəb olub. Yaxın Şərq üzrə Ağ Evin keçmiş koordinatoru Filipp Qordon bunun qeyri-qanuni və effektsiz olduğunu bildirib.

“Bu qanunsuzdur və heç nəyi dəyişməzdi. Çünki Rusiya və İranın Suriyadakı maraqları əvvəlki kimi qalacaq”, - Qordon bildirib.

Nümayəndələr Palatasındakı mənbə də bildirib ki, hətta əgər hansısa səbəbdən Əsəd öldürülsə, münaqişənin mahiyyətini – Rusiya tərəfindən dəstəklənən rejimin müxalifətə qarşı münasibətini kökündən dəyişməyəcək. Məqalənin müəllfinin fikrincə, çətin ki, ABŞ-ın növbəti prezidenti də Əsədin fiziki məhvi planını bəyənsin.

Müşavirə ötən həftə keçirilib.

Afinadan məxfi sənəd

Kiprdə Türkiyə ordusunun qalması buradakı böhranın həllinə yardım edə bilməz.

Bu sözlər Kipr Xarici İşlər Nazirliyinin məxfi olaraq hazırladığı “Zəmanət sisteminin ləğvi, dostluq və təhlükəsizlik razılaşmasının hazırlanması” sənədində yer alıb. Sənəd Yunanıstan Xarici İşlər naziri Nikos Kotzias tərəfindən imzalanıb. Məhz bu sənəddə Kipr münaqişəsinin həll olunmasına dair Afinanın yanaşması əks olunub:

“Əgər sülh müqaviləsindən sonra zəmanət və işğal qalarsa, Avropa Birliyinin üzvü olan Kipr birlik üzvü olmayan üçüncü qüvvənin protektoratı olacaq. Bu mövqe Yunanıstanın təhlükəsizlik doktrinasının əsas sütunudur. Kiprdə kiçik həcmdə olsa belə Türkiyə ordusunun qalması qəbuledilməzdir”.

Bu gün Liviyanın Misrat şəhərinə uçmaq üçün Maltadan havaya qalxan yüngül motorlu "Metroliner" təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 5 nəfər həlak olub.Yayılan ilk xəbərdəölənlərin Avropa İttifaqının (Aİ) sərhəd agentliyinin (Frontex) səlahiyyətliləri olduğu bildirilsə də, sonradan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bu məlumatları təkzib edib.

"Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə qəzasında ölənlər Fransa vətəndaşları olub.

Ömər Dağlı

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

DİM 29 şəhər və rayonda sınaq imtahanı keçirib

27 May 2017 14:22

29 şəhər və rayonda sınaq imtahanı keçirilib

27 May 2017 14:22

Azərbaycan Prezidenti “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinə məktub ünvanlayıb

27 May 2017 14:17

“Şəffaf idarəetmə, açıq islahatlar ABB-ni yenidən əvvəlki mövqeyinə qaytara bilər” - Deputat

27 May 2017 14:13

"Мi-8" helikopteri məcburi eniş etdi

27 May 2017 14:13

Azərbaycana məxsus helikopter qəza enişi etdi

27 May 2017 14:12

"Luiziana Caz Ansamblı"nın parlaq çıxışı - FOTOlar

27 May 2017 14:12

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan sahibkarları üçün təqdimat keçirəcək

27 May 2017 14:08

"Мi-8" helikopteri məcburi eniş edib - xəsarət alan yoxdur

27 May 2017 14:08

Tanınmış jurnalistə vəzifə verildi

27 May 2017 14:05

"Ən çətin əməliyyatların ölkəmizdə uğurla aparılması fərəh doğurur"

27 May 2017 14:04

Ərdoğan Almaniyaya “yaxşı yol!” deyib ŞƏRTİNİ AÇIQLADI

27 May 2017 14:03

Kərəm Həsənov Balakəndə vətəndaş qəbulu keçirib

27 May 2017 14:02

Nazir müavini: Ürək-Cərrahiyyə Mərkəzində 5000-ə yaxın ürək əməliyyatı keçirilib

27 May 2017 14:01

​Gələcəyin sərnişinləri...

27 May 2017 13:58

Azərbaycanda insanlar ən çox bu xəstəlikdən ölürlər - FOTO

27 May 2017 13:57

Bakıda görülməmiş toy edən yəhudi müğənninin 16 yaş kiçik AZƏRBAYCANLI XANIMI - VİDEO

27 May 2017 13:53

Muğam Mərkəzində Əliağa Quliyevin 100 illik yubileyi - FOTO

27 May 2017 13:52

Hörümçəklər onun qulağında yuva qurdu

27 May 2017 13:52

Xoşladığınız qidalara görə xasiyyətiniz belədir...

27 May 2017 13:45

Məşhur müğənni 90 nəfəri SEKSLƏ OVSUNLADI - FOTO

27 May 2017 13:43

İlham Əliyev: Dünyanın nüfuzlu kardioloji mərkəzlərindəki ən çətin əməliyyatların ölkəmizdə uğurla aparılması fərəh doğurur

27 May 2017 13:43

Məhkəmə 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən şəxsə bəraət verib

27 May 2017 13:42

"Yunus Emre Aşka Yolculuk" tamaşası baş tutdu

27 May 2017 13:42

Estoniyalı yol mühəndisləri ilə "Azəravtoyol"da görüş keçirilib

27 May 2017 13:42

​Azərbaycanda qoyun əti

27 May 2017 13:39

Mehriban Əliyevanın fəaliyyəti dərin hörmət və heyranlıq doğurur - Mariya Zaxarova

27 May 2017 13:37

Gözəl Bayramova təcridxanaya köçürüldü

27 May 2017 13:33

“Bahar” və “Qum-dəniz” yataqlarından hasilat göstəriciləri açıqlanıb

27 May 2017 13:32

Mourinyo coşdu: 3 futbolçu üçün 273 milyon avro

27 May 2017 13:27

Damla haqqında ŞOK FAKT

27 May 2017 13:27

Oğlundan xalq artistinə QADAĞA - FOTO

27 May 2017 13:22

Azərbaycan sərhədlərində dəhşətli silah laboratoriyaları: ABŞ-ın gizli mərkəzlərinin ŞOK MƏQSƏDİ

27 May 2017 13:18

AXCP sədrinin müavini Bakı İstintaq Təcridxanasına köçürülüb

27 May 2017 13:17

Silahlı Nardaran sakini polis bölməsinə getdi

27 May 2017 13:17

Neftimiz yenə ucuzlaşıb

27 May 2017 13:15

Qari Cons: BP Azərbaycanla əməkdaşlığın davamlı surətdə genişləndirilməsinə böyük əhəmiyyət verir

27 May 2017 13:15

Azərbaycan yol infrastrukturunun yenilənməsində Estoniya təcrübəsini öyrənir

27 May 2017 13:15

Bakıda qoca kişi yoldan keçən xanımlara söz atdı...

27 May 2017 13:14

Fələstinli məhbuslar aclıq aksiyasını dayandırdı

27 May 2017 13:12

Ali Məhkəmə bacısını öldürən şəxs və onun oğlunun kassasiya şikayətini təmin etməyib

27 May 2017 13:12

Amil bu dəfə də Salyandan "Bura Vətəndir!" deyəcək - VİDEO - FOTO

27 May 2017 13:12

Prezident təcavüzə İCAZƏ VERDİ: “Üç qadını zorlaya bilərsiniz...”

27 May 2017 13:08

Türkiyə almaniyalı deputatlar qarşısında şərt qoydu

27 May 2017 13:08

Bakıda hoteldə FACİƏ: 1 ölü, 1 yaralı

27 May 2017 13:03

Türk futbolçular: biri "İnter"lə, digəri "Valensiya" ilə anlaşdı

27 May 2017 12:57

Polis oğlu anasını öldürdü, qanı ilə "smile" çəkdi - FOTO

27 May 2017 12:57

Adınızın baş hərfi sizinlə bağlı hansı sirləri gizlədir...

27 May 2017 12:57

Ürək-damar xəstəliklərindən ölənlərin sayı digər xəstəliklərdən ölənlərin sayından çoxdur (FOTO)

27 May 2017 12:55

Göyçay sakinini ilan sancdı

27 May 2017 12:52