Kamerunda iki partlayış törədilib, ölən və yaralananlar var

Kamerunda iki partlayış törədilib, ölən və yaralananlar var
20:37 24 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Kamerunda törədilən iki partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Sandavaciri şəhərində qadın-kamikadze özünü partladıb. İnsident nəticəsində 5 nəfər yaralanıb.
 
İkinci partlayış Varamid şəhərində baş verib. Terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb. Hələlik partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR