Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qonşu qadınlar çempiona hücum etdi

Qonşu qadınlar çempiona hücum etdi

Date: 24 October 2016 20:48

Boks üzrə sabiq dünya çempionu Denkaosan Kaoviçit qonşularının hücumuna məruz qalıb.

"Report"un TASS-a istinadən məlumatına görə, Ümumdünya Boks Assosiasiyasının (WBA) iki çəkisində çempion olmuş tailandlı idmançıya qonşu qadınlar qılıncla hücum çəkiblər.

Əvvəlcə qadınlarla mübahisə edən D.Kaoviçit onların qılınc götürdüyünü görüb. Qarşı tərəfə qadın olduğu üçün müqavimət göstərməyən sabiq dünya çempionu qaçmaq istəsə də, ayağı ilişərək yerə yıxılıb. O, qonşularının hücumu nəticəsində başından və sol əlindən ciddi xəsarət alıb.

Həkimlər 40 yaşlı idmançının kəsilmiş barmaqlarını yerinə tikiblər.

Qeyd edək ki, D.Kaoviçit son döyüşünü bu ilin aprelində keçirib. Aktivində 63 qələbə olan idmançı 7 dəfə məğlubiyyətlə üzləşib.


Tags:  Qonşu qadınlar çempiona hücum etdi

RƏYLƏR


Top news