Mariya Şarapovaya daha bir zərbə

Mariya Şarapovaya daha bir zərbə
20:49 24 Oktyabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyalı tennisçi Mariya Şarapova Qadın Tennis Assosiasiyasının (WTA) yeni reytinq cədvəlindən kənarlaşdırılıb.

 

“Qafqazinfo”nun “Spletnik.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın rəsmi saytındakı məlumatda bildirilir.

 

Xatırladaq ki, M. Şarapova bu ilin martında keçirdiyi mətbuat konfransında dopinq-test etdirdiyini və müsbət nəticə çıxdığını söyləyib: “Bu barədə mənə bir neçə gün öncə Beynəlxalq Tennis Federasiyasından göndərilən məktubda bildirildi. Məndə meldoniy preparatı aşkarlanıb. Bu dərmanı 2006-cı ildən səhhətimə görə qəbul edirəm”, - deyə o əlavə edib.

 

Bu açıqlamadan sonra 3 iri şirkət Şarapova ilə sponsorluq müqaviləsini uzatmayacağını bildirib. Bunlar “Nike” idman malları, “Porsche” avtomobil və İsveçrənin “TAG Heuer” saat istehsalçılarıdır.

 

O, eləcə də BMT-nin xoşməramlı səfiri titulundan məhrum edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257523

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR