Qurban Qurbanov 155 pillə irəlilədi, Qriqorçuk isə...

Qurban Qurbanov 155 pillə irəlilədi, Qriqorçuk isə...
21:07 24 Oktyabr 2016
206 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. Fanat.Az xəbər verir ki, "World Coach Ranking" saytının reytinqində Azərbaycandan iki məşqçi yer alıb.

 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən həftə ilə müqayisədə 155 pillə irəliləyib. Hesabında 1026 xal olan Qurbanov cədvəldə 579-cu olub.

 

“Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk isə 4 pillə geriləyərək 969 xalla 600-cü yerdə qərarlaşıb. Məşqçilərin reytinqinə ötən həftə Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən oyunlar təsir edib.

 

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Luis Enrike başçılıq edir. Dieqo Simeone (“Atletiko”)ikinci, Pep Qvardiola (“Mançester Siti”) isə üçüncüdü.


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qurban-qurbanov-155-pill-irlildi-qriqorcuk-is-t53599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR