Xorvatiyanın xanım prezidenti milli komandamızdan danışdı

Xorvatiyanın xanım prezidenti milli komandamızdan danışdı
21:07 24 Oktyabr 2016
84 İdman
Ölkə mətbuatı
A- A+

"Futbol üzrə yığma komandanızın əldə etdiyi nailiyyətlərə görə sizi təbrik etmək istəyirəm. Bu, xüsusilə milli qürur hissi və ölkənizdə birlik üçün çox vacibdi".
 
Fanat.Az xəbər verir ki, bu sözləri Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
 
“Gəlin, idmanın və xüsusilə futbolun əhəmiyyətinə lazımınca qiymət verək. Cənab Prosineçki həqiqətən də bizim Azərbaycanda ən böyük təmsilçilərimizdən biridir. Eyni zamanda, ötən gecə Bakıda və Azərbaycanın digər bölgələrində çalışan Xorvatiya icmasının nümayəndələri ilə də görüşmək fürsətim oldu. Onların iki ölkə arasında əməkdaşlıq, dostluq və tərəfdaşlıq münasibətlərinin genişlənməsinə və dərinləşməsinə böyük ruh yüksəkliyi ilə yanaşmasını müşahidə etmək də mənim üçün çox sevindiricidir”, - xanım prezident qeyd edib.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-xorvatiyann-xanm-prezidenti-milli-komandamzdan-dand-t53598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR