Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı aktrisa: "Serialda rəfiqəmin sevgilisini sevirəm" - FOTO

Azərbaycanlı aktrisa: "Serialda rəfiqəmin sevgilisini sevirəm" - FOTO

Date: 24 October 2016 21:17

Gənc Tamaşaçılar Teatrının aparıcı gənc aktrisası Asya Atakişiyeva çəkildiyi "28 iyun" adlı yeni serialından Milli.Az-a danışarkən bunları bildirib:

"Ümumiyyətlə, nə teatrda, nə də serial və filmlərdə mənfi rol oynamamışam. Bu serialda isə mənfi roldayam. Aktrisa hər bir obrazı oynamağı bacarmalıdır. Serialın rejissoru Elmir Süleymanovdur. Oynadığım obrazın adı Qumrudur. Qumru xarakteri çox paxıldır və öz rəfiqəsinin sevgilisini sevir. Çalışır ki, onları ayırsın. Bütün hadisələr bir neçə xətt üzrə inkişaf edir. 3 ildir ki, "Həyat, sən qəribəsən" serialında xaraktercə çox sakit bir rolda çəkilirdim. Təbii ki, hər bir rolun öz çətinliyi var. Qumru obrazı isə daha çox məsuliyyətlidir".

Əli Rəhimoğlu

Milli.Az











Tags:  Azərbaycanlı aktrisa Serialda rəfiqəmin sevgilisini sevirəm FOTO

RƏYLƏR


Top news