Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qatar saatda 600 kilometrədək sürət yığa biləcək

Qatar saatda 600 kilometrədək sürət yığa biləcək

Date: 24 October 2016 22:05

Çin Xalq Respublikasının CRRS dəmir yolu kompaniyası saatda 600 kilometrədək sürət yığa biləcək yeni qatarın yaradıldığını elan edib.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, qatar maqnit yastığı üzərində hərəkət edəcək. Müvafiq layihələr bir sıra ölkələrdə - Almaniya, Böyük Britaniya və Yaponiyada reallaşdırılıb. Çinin özündə də Şanxay şəhərini Xuntsyao aeroportu ilə birləşdirən analoji sürət qatarı fəaliyyət göstərir. Lakin CRRS bildirir ki, yeni qatar tarixdə ən sürətlisi olacaq. Onun köməyi ilə Şanxaydan Pekinə yol cəmi iki saat vaxt aparacaq, Londondan Parisə isə 34 dəqiqəyə getmək mümkün olacaq.

Yeni qatarın işə salınması üçün yeni yol yatağı lazım gəlir və kompaniya artıq 5 kilometr uzunluğunda test sahəsinin tikintisinə başlayıb. Yeni qatarlar indikilərə nisbətən 10 faiz az elektrik enerjisi işlədəcək.

Milli.Az


Tags:  Qatar saatda 600 kilometrədək sürət yığa biləcək


RƏYLƏR


Top news