Bakıda tanınmış Türkiyə kvartetinin konserti olub

Bakıda tanınmış Türkiyə kvartetinin konserti olub
22:32 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Oktyabrın 24-də Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində "Rotunda Jazz Club"da Ehren Coşkuner (fleyta), Uraz Kivaner (klaviş), Ekin Bilgin (bas), Rikardo Marenqidən (zərb alətləri) ibarət məşhur Türkiyə kvartetinin konserti keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kollektivin lideri və banisi Eren Coşkuner İstanbul Dövlət Konservatoriyasının məzunudur. O, bir çox festivallarda, layihələrdə, ustad dərslərində iştirak edib, dünyanın məşhur caz musiqiçiləri ilə birlikdə işləyib.

Türkiyədə böyük populyarlığa malik olan kvartet caz musiqisi dünyasında da tanınır. Kvartet ölkəni müxtəlif beynəlxalq caz festivallarında və müsabiqələrində təmsil edib.

Konsertdə "Long Way" albomundan kompozisiyalar səslənib və böyük maraqla qarşılanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/482788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR