Prezident İlham Əliyev "Biz yaxın gələcəkdə Avropa enerji bazarında önəmli tərəflərə və yaxın tərəfdaşlara çevriləcəyik"

Prezident İlham Əliyev "Biz yaxın gələcəkdə Avropa enerji bazarında önəmli tərəflərə və yaxın tərəfdaşlara çevriləcəyik"
22:37 24 Oktyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın erengetika naziri yaxın illərdə neftin qiymətinin 100 dollara qalxacağına inanmır (26 May 2017 13:37)
İlham Əliyev: "Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi" (23 May 2017 16:05)
İlham Əliyev: Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi (23 May 2017 15:55)

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Biz yaxın gələcəkdə Avropa enerji bazarında önəmli tərəflərə və yaxın tərəfdaşlara çevriləcəyik" 
"Report" AzərTAC-a istinadən xəbər verir ki, bu sözləri prezidenti İlham Əliyev Azərbaycanın dövlət başçısı və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və həyat yoldaşı Yakov Kitaroviçin şərəfinə rəsmi ziyafətində deyib.
Azərbaycan prezidenti deyib:
Bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə qəbul etmək bizim üçün çox xoşdur. Bu gün bizim çox yaxşı görüşümüz, müzakirələrimiz olub. Hesab edirəm ki, qarşılıqlı marağımızda olan bütün məsələləri, o cümlədən ikitərəfli siyasi əlaqələri, regional təhlükəsizliyi, Avropa İttifaqı ilə əməkdaşlığımıza dair məsələləri, iqtisadi əməkdaşlığı əhatə etdik. Əlbəttə ki, sabah biznes forumun açılışı olacaq. Orada iqtisadi əməkdaşlığın perspektivləri daha geniş müzakirə ediləcək. Həmçinin mədəniyyət, idman sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik və bizim baxışlarımız üst-üstə düşür.
Görüşümüzdə qeyd etdiyim kimi, biz regional təhlükəsizlik məsələlərinə eyni yanaşmanı tətbiq edirik, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq aparırıq və bu səfər əlbəttə ki, bizim yaxın əlaqələrimizin yaxşı göstəricisidir.
Biz Xorvatiyanı dost və tərəfdaş ölkə hesab edirik. Biz üç il bundan əvvəl strateji tərəfdaşlıq və dostluq üzrə mühüm sənəd imzalamışıq. Bu sənəd gələcəyə doğru yolumuzu göstərir. Biz qarşılıqlı hörmətə, dostluğa, Azərbaycan və Xorvatiya xalqları arasında bir çox oxşarlıqlara əsaslanan bu münasibətlərə önəm veririk. Bizim ortaq məqsədlərimiz var. Biz istəyirik ki, ölkələrimiz inkişaf etsin. Biz ölkələrimizin daxilində və ətrafında təhlükəsizliyin təmin olunmasını və regionlarımız arasında əməkdaşlığın gücləndirilməsi üçün atacağımız addımları müəyyənləşdirmək istəyirik. Balkanlarda, Avropada, Qafqazda, Xəzər regionunda ticarət, sərmayə qoyuluşu, enerji sahələrində çoxlu imkanlar var və bunlar bizim müzakirələrimizin və əməkdaşlığımızın vacib bir hissəsidir.
Əlbəttə ki, biz yaxın gələcəkdə Avropa enerji bazarında önəmli tərəflərə və yaxın tərəfdaşlara çevriləcəyik. Bu tərəfdaşlıq onilliklərlə davam edəcək. Çünki Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində bizim üçün və istehlakçılar üçün kifayət edəcək. Buna görə də enerji təhlükəsizliyində əməkdaşlıq uzunmüddətli və strateji xarakter daşıyacaq.
“Strateji xarakter” sözləri artıq ikitərəfli münasibətlərimizdə adət etdiyimiz bir ifadədir. Çox şadam ki, ölkəmizə səfər edirsiniz. Sizin proqramınız çox zəngindir. Ümidvaram ki, sabah Azərbaycan haqqında daha da çox məlumat toplamaq imkanınız olacaq.
Bir daha Sizi və nümayəndə heyətinizi ölkəmizdə salamlamaq istəyirəm. Sizə və Xorvatiya xalqına uğurlar və rifah arzu edirəm".
Rəsmi ziyafətdə çıxış edən Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç deyib:
- Bu gün Bakıda, Azərbaycanda olmaq mənim üçün çox xoşdur və bu səfəri indi həyata keçirə bilmək məndə məmnunluq hissi doğurur. Bu gün çox yaxşı danışıqlarımız oldu. Biz çoxlu məsələləri əhatə etdik. Dediyim kimi, mən bir çox məsələlərlə bağlı sabahkı biznes forumu səbirsizliklə gözləyirəm. Çünki bizim mükəmməl siyasi əlaqələrimiz var. Lakin hesab edirəm ki, biz hər iki ölkənin xalqları və biznes qurumları arasında əlaqələri daha da inkişaf etdirmək üçün bundan da çox səy göstərə bilərik. Hesab edirəm ki, sabahdan etibarən biz hər iki ölkənin biznes qurumlarının bir-biri ilə daha da yaxından işləməsi üçün möhkəm zəmin yaradacağıq.
Xorvatiya Azərbaycanı Qafqaz regionunda və eyni zamanda, Avropa, Avratlantika və qlobal təhlükəsizlik məsələləri üzrə önəmli tərəfdaş hesab edir. Biz Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Sizin göstərdiyiniz səylərə dəstək olmağa davam edəcəyik və bu məsələdə Sizə uğurlar arzu edirəm. Hamımız sülh razılaşmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Minsk qrupunun fəaliyyətinə əsaslanacağına ümid edirik. Biz, həmçinin Avropa İttifaqında da sizin yanınızda olacağıq. Sizi yenə də əmin etmək istəyirəm ki, həm NATO-da, həm də Avropa İttifaqında dostunuz var. Biz strateji tərəfdaşlıq razılaşmasının məqsədyönlü və həqiqətən də strateji olması üçün fəal çalışacağıq. Ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq razılaşması üzrə Zaqreb Bəyannaməsinə gəldikdə isə, düşünürəm ki, gələcəkdə birgə komissiyalar və ya başqa qurumlar vasitəsilə əsasını qoyduğumuz dostluq və tərəfdaşlıq çərçivəsinə önəm vermək üçün hər iki ölkənin hökumətinin bir-biri ilə daha da yaxından çalışmasını təmin edəcəyik.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Nadir dəri xəstəliyindən əziyyət çəkən 16 yaşlı model - FOTOLAR

29 May 2017 17:28

Bakıda gənci camaatın gözü qarşısında zorla maşına mindirib... - VİDEO

29 May 2017 17:27

Merkel: "Avropa ABŞ və Böyük Britaniyaya arxayın ola bilməz"

29 May 2017 17:22

“UNEC Ekspert”in xüsusi buraxılışı çıxıb

29 May 2017 17:22

“Lotu Quli”nin adamlarına SİLAHLI HÜCUM

29 May 2017 17:18

Səudiyyə Ərəbistanının beynəlxalq ehtiyatları 500 mlrd. dollardan aşağı düşüb

29 May 2017 17:17

Hamilə Beyonse yeni fotolarını paylaşdı - FOTO

29 May 2017 17:12

“Mənim vaxtımdakı “Barselona” daha güclü idi”

29 May 2017 17:12

Gənc qızın küçədəki bu hərəkəti hamını əsəbiləşdirdi

29 May 2017 17:12

Uşaqlar oruc tuta bilərmi?

29 May 2017 17:08

Dünyanın ən bahalı avtomobili təqdim olundu

29 May 2017 17:05

ABŞ və Çin investorları Astanada açılan yeni birjaya ciddi maraq göstərirlər

29 May 2017 17:02

Oqtay Əsədov Latviya Seyminin spikeri ilə görüşüb

29 May 2017 17:02

Suriyada 17 kənd terrorçulardan azad edilib

29 May 2017 17:01

Bütün dünya bu qadından danışır: 63 yaşında stilistləri mat qoydu

29 May 2017 16:59

Bu qız elə səslər çıxarır ki, heç kim onunla evlənməz...

29 May 2017 16:58

BMW avtomobillərinin istehsalı dayandı

29 May 2017 16:55

Meyxanaçı Aydın Xırdalanlı tanınmaz halda - FOTO

29 May 2017 16:53

Lənkəranda 3 dəhşətli qəza: 2 ölü, 7 yaralı - VİDEO - FOTO

29 May 2017 16:52

Almaniya müharibəyə başlayır: Dünya hegomonluğu uğrunda DÖYÜŞ

29 May 2017 16:43

Qadınların çantalarına girənlər tutuldu

29 May 2017 16:43

Mourinyo futbolu Formula1-ə dəyişdi

29 May 2017 16:42

ƏDALƏT ŞÜKÜROV: "Oruc tutmamaq günah deyil!

29 May 2017 16:41

Elmar Məmmədyarov Kolumbiyada səfərdədir

29 May 2017 16:33

Azərbaycanlı modelin adı Tramp-Rusiya təhqiqatında: general Flinn və 530 min dollar - FOTO

29 May 2017 16:32

"Rolls-Royce" dünyanın ən bahalı avtomobilini təqdim edib

29 May 2017 16:32

Klub sahibinin bahalı istirahəti - FOTOLAR

29 May 2017 16:27

Ölülərin asıldığı qaya, insan sümüklərindən tikilən kilsə - Dünyanın ƏN QORXUNC YERLƏRİ - FOTOLAR

29 May 2017 16:23

Azərbaycanlı aktrisa oğlu ilə - FOTO

29 May 2017 16:22

Şəkidə güclü leysan yollara ziyan vurub (FOTO/VİDEO)

29 May 2017 16:22

Azərbaycanda öz qaydaları ilə işləyən dairə

29 May 2017 16:19

Liderlər rəngli corab geyinən baş naziri yaxına buraxmadılar – VİDEO

29 May 2017 16:13

Pamela Anderson klub açılışına qatıldı - FOTO

29 May 2017 16:12

Tottinin vida nitqi: "Dəli kimi ağlayırdım..."

29 May 2017 16:12

Meyxanaçı Aydın Xırdalanlı tanınmaz hala düşüb

29 May 2017 16:11

"Technol" Xəzər Neft-Qaz Sərgisində iştirak edəcək

29 May 2017 16:07

İnternetdə məşhurlaşan Çinarənin evi - VİDEO - FOTO

29 May 2017 16:05

Yunanıstanda qırıcı dənizə düşdü

29 May 2017 16:05

Sobada lobyalı, kartoflu toyuq resepti

29 May 2017 16:00

"Forbes" dünyanın ən bahalı şirkətlərinin SİYAHISINI AÇIQLADI

29 May 2017 15:58

“Qəbələ”dən 5 cavabsız qol

29 May 2017 15:57

Rəşad Sadiqovun yeni klubu müəyyənləşdi

29 May 2017 15:57

Ramazanla bağlı MARAQLI FAKTLAR: 2,419 qəza

29 May 2017 15:54

Polis qızın paylaşımı "Facebook"-u bir-birinə qatdı...

29 May 2017 15:53

Zibillikdən sursat çıxdı

29 May 2017 15:50

Ərdoğanı qarşılayan əsgər onu güllələyəcəkdi – SUİ-QƏSD PLANI

29 May 2017 15:48

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları uzatdı

29 May 2017 15:47

"Əslində evlənməyi düşünmüşdük, amma..." - Burcu

29 May 2017 15:47

Bakıda avtobus sürücüsü gənc qızın belini sındırdı

29 May 2017 15:44

Gəncədə I Beynəlxalq Musiqi Festivalı keçirilib

29 May 2017 15:42