Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi Brüsseldə qeyd edilib

Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi Brüsseldə qeyd edilib
23:02 24 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə növbəti tədbir keçirilib.
"Report" Azərbaycanın Belçika Krallığındakı Səfirliyinə istinadən xəbər verir ki, Brüsseldə dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə təşkil edilən tədbirlər çərçivəsində "Mənim Azərbaycanım" adlı, fotoqraf Orxan Aslanovun foto əsərlərindən ibarət sərginin açılışı keçirilib. 
Açılış tədbirində çıxış edən Azərbaycan Respublkasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov Azərbaycanın, öz müstəqilliyini bərpa etdiyi 1991-ci ildən öten müddət ərzində qət etdiyi inkişaf yolundan ətraflı bəhs edib və ölkəmizin bu gün beynəlxalq müstəvidə güclü mövqeyi ilə seçilən etibarlı tərəfdaşa çevrildiyini vurğulayıb. 
O, hazırki sərginin avropalı dostlarımıza Azərbaycanın insanları və gözəl təbiəti ilə yaxından tanışlığa imkan yaratdığını əlavə edib.
Daha sonra çıxış efən fotoqraf Orxan Aslanov "Mənim Azərbaycanim" layihəsinin 2 illik fəaliyyətinin məhsulu olduğunu bildirib, burada nümayiş etdirilən əsrarəngiz mənzərələrin doğma yurdumuzun gözəlliklərinin yalnız bir hissəsi olduğunu diqqətə çatdırıb.
Sərgidə nümayiş etdirilən fotoşəkillər gecə iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.


Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycanin-dovlet-musteqilliyinin-25-illiyi-brusselde-qeyd-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR