İlham Əliyev: "Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində bizim üçün və istehlakçılar üçün kifayət edəcək"

İlham Əliyev: "Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində bizim üçün və istehlakçılar üçün kifayət edəcək"
23:12 24 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Xorvatiya yaxın gələcəkdə Avropa enerji bazarında önəmli tərəflərə və yaxın tərəfdaşlara çevriləcəyik. Bu tərəfdaşlıq onilliklərlə davam edəcək. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycanın dövlət başçısı və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və həyat yoldaşı Yakov Kitaroviçin şərəfinə rəsmi ziyafətində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində bizim üçün və istehlakçılar üçün kifayət edəcək: "Buna görə də enerji təhlükəsizliyində əməkdaşlıq uzunmüddətli və strateji xarakter daşıyacaq.

"Strateji xarakter" sözləri artıq ikitərəfli münasibətlərimizdə adət etdiyimiz bir ifadədir. Çox şadam ki, ölkəmizə səfər edirsiniz. Sizin proqramınız çox zəngindir. Ümidvaram ki, sabah Azərbaycan haqqında daha da çox məlumat toplamaq imkanınız olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/482790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR