Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Baş ağrısının səbəbi məlum oldu

Baş ağrısının səbəbi məlum oldu

Date: 24 October 2016 23:52

ABŞ mütəxəssisləri hər birimizə yaxşı tanış olan baş ağrılarının izahını tapıb.

Milli.Az atv.az-a istinadən bildirir ki, tədqiqatçılar insan orqanizmində indiyədək məlum olmayan bakteriya tipini aşkar ediblər. Digər mikroorqanizmlərdən fərqli olaraq, bu bakteriyaların sayı azdır. Alimlər indiyədək onlara diqqət yetirməyiblər. Hesab ediblər ki, bu bakteriyalar sağlamlığa heç bir təsir göstərmir. Daha ətraflı analizlər göstərib ki, həmin bakteriyaların sayı bəzən müxtəlif səbəblərdən artır və konsentrasiya həddini keçəndə bir sıra oksidləşmə prosesləri işə düşür. Nəticədə başımız ağrımağa başlayır. 

Mütəxəssislər C vitamini ilə zəngin ərzaq məhsullar yemək və təmizlənmiş su içməklə sözügedən bakteriyaların sayını azaltmağı məsləhət görürlər.

Milli.Az


Tags:  Baş ağrısının səbəbi məlum oldu

RƏYLƏR


Top news