Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şəhriyar Məmmədyarov 20 min dollar qazandı

Şəhriyar Məmmədyarov 20 min dollar qazandı

Şəhriyar Məmmədyarov FİDE Qran-Prisində 3-cü yeri tutub (27 Fevral 2017 22:27)
Şəhriyar zirvəni əldən verdi (27 Fevral 2017 12:32)
İlk məğlubiyyət və liderlik əldən getdi (27 Fevral 2017 00:52)

Tarix: 24 Oktyabr 2016 23:57

Azərbaycan şahmatçısı, 2013-cü il üzrə dünya çempionu Şəhriyar Məmmədyarov Özbəkistanın paytaxtı Daşkənddə Əmir Teymurun 680 illiyinə həsr olunmuş beynəlxalq şahmat turnirin qalibi olub.


O, 8 balla 20 min dollar pul mükafatına layiq görülüb. 


2009-cu il Dünya Kubokunun qalibi Boris Qelfand (İsrail) isə 6 balla 12 min dollıar pul mükafatına layiq görülüb. Digər iştirakçılardan sabiq dünya çempionu Ruslan Ponomaryov (Ukrayna) 5 balla 8 min dollar, Rüstəm Qasımcanov (Özbəkistan) 5 balla 10 min dollar pul mükafatına layiq görülüb. Hər iki şəxs turnirin bürünc medalını qazanıblar.


Turnir Özbəkistanın Mədəniyyət və İdman Nazirliyi və Respublika Şahmat Federasiyası tərəfindən təşkil olunmuşdü.


Qeyd edək ki, Daşkənddə Əmir Teymurun 680 illiyinə həsr olunmuş beynəlxalq şahmat turniri oktyabrın 16-da start götürmüşdü.(Report)


Fanat.Az


Teqlər:  Şəhriyar Məmmədyarov 20 min dollar qazandı



RƏYLƏR


Top xəbərlər