Federasiya prezidentini yıxdı-sürüdü: "Yediyi qaba tüpürdü"

Federasiya prezidentini yıxdı-sürüdü:   "Yediyi qaba tüpürdü"
00:17 25 Oktyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Əfsanələrin ağzından çıxan hər kəlmə maraq kəsb edir. Axı onlar adi adam deyil, milyonların sevimlisi, adını tarixə yazdıran şəxsiyyətlərdir. Dieqo Armando Maradonanın da futbol haqda dedikləri həmişə gündəmi silkələyib. 


Dahi argentinalı yenə müsahibə verib. Demək olar, hər şeydən danışıb. Öz həyatından da, baş məşqçilik karyerasından da, hamının mübahisə mövzusu olan Ronaldo - Messi rəqabətindən də, hətta Platinidən də...


İspaniyanın “Marca” qəzetinin əməkdaşları Romadakı xeyriyyə oyunundan sonra onunla söhbətləşib. Müsahibəni ixtisarla təqdim edirik:


- Həyat necədir, Dieqo?

- Hazırda ən xoşbəxt günlərimi yaşayıram. Sevdiyim insanların əhatəsindəyəm. Övladlarım və nəvəm Benjamin sağlamdır. Hər kəslə yola gedirəm, Roma Papasıyla da dostam.


- FİFA prezidenti olsaydın, futbol üçün nələr edərdin?

- Boban, Trezege, Uqo Sançes, Ruceri və başqaları ilə bu haqda söhbət etmişəm. Futbolun inkişafı uğrunda mübarizə aparacağımıza söz vermişik. İnfantino da bizi dəstəkləyəcəyinə söz verib. Futboldakı etibarımı qaytarmaq üçün 30 ildir çalışıram.


- Platini hər şeyi bərbad etdi amma...

- O, futbolçulara heç nə vermədi. Mişel yediyi qaba tüpürdü sadəcə. Özünə olan hörməti itirdi.


- Məşqçilik karyeranı unutmusan artıq? Sonuncu dəfə 2012-ci ildə “Əl-Vəsl”də işləmisən...

- Tam yox. İşləmək istəyirəm. Ancaq futbolda mafiyalar çoxdur. Siz bunu görməyə bilərsiz, ancaq mafiya var. Dünyada baş məşqçilərə agentlər dominantlıq edir. Xidmətlər o qədər önəm daşımır. Agentin hörmətini etməsən, heç bir klubda özünə iş tapa bilmərsən. Gəlin açıq danışaq. Bu, artıq yazılmamış, ancaq qəbulolunmuş qanundur. Mən də onların əlinin altında olmaq istəmirəm.


- Baş məşqçi olmaq çətindir?

- Mən futbol oynamışam və qarşıma məqsəd qoymuşam ki, karyeramı bitirəndən sonra baş məşqçi olacam. Odur ki, bu sahədə təkliflərə açığam. Ancaq dediyim insanların qanunlarıyla işləməyəcəm. Bu şəbəkə “Valensiya”dan “Real”a, “Barselona”dan “Mançester Siti”yə, “Siti”dən “Mançester Yunayted”ə qədər olan bütün baş məşqçi dəyişikliklərinə nəzarət edir. Sadəcə dəhşətli mənzərədir. Fikir verin: çox hörmət etdiyim Rafael Benites “Real”ın sükanı arxasında fiaskoya uğrayır. Lütfən bunu kadr problemiylə əlaqələndirməyin! Fiaskodan qısa müddət sonra nə baş verir? Rafa “Nyukasl”dan üçillik təklif alır. Bunu kim mənə izah edə bilər? Bu normaldır, yoxsa...?


- Florentino Peres “Real”ı Zinəddin Zidana həvalə etdi. Sən də sabiq klublarından belə bir şans gözləyirsən?

- Bəlkə də böyük klubları çalışdırmağa hələ hazır deyiləm. Ancaq qarşısına yüksəlmək hədəfi qoyan klublarda işləyə bilərəm. Elə bir dövrə gəlmişik ki, yaxşı futbolçu olmaq, yaxşı məşqçi olmaq üçün kifayət etmir. Zidana görə şad oldum. O, futbolçuları yaxşı başa düşür. Əminəm ki, Zidan uğursuzluğa düçar olsa, hamı belə deyəcək: yaxşı futbolçu olub, ancaq məşqçi kimi pisdir.


- Messi - Ronaldo rəqabəti haqda nə deyə bilərsiz?

- Bütün çempionatları izləyirəm. Hər şeyi görürəm. Leo ilə Kriştiano digərlərindən üstün oyun sərgiləyir. Deməkdən yorulmuşam, dahi futbolçu olmaq üçün dünya çempionluğunu qazanmaq önəmli deyil.


- Messi çempionatda və kubokda ötən mövsümü qalib kimi başa vurub. Kriştiano Avropa çempionatını və Çempionlar Liqasını qazanıb. Necə düşünürsüz, “Qızıl top” portuqaliyalıya çatmalıdır?

- “Qızıl top” heç də həmişə layiq olan futbolçuya verilmir. Məsələn, 2014-cü ildə sona Ronaldo, Noyer və Messi qalanda mükafat alman qolkiperə verilməliydi. Onun komandası dünya çempionu olmuşdu. Ancaq Ronaldo aldı. Müqayisəyə qayıdım, Messinin Ronaldodan güclü olduğunu və ya əksini deyə bilmərəm. Həqiqətən ikisini də bəyənirəm.


- Neymar onlardan bir addım geridədir?

- Artıq iki yox, 3 nəfərin rəqabətini izləyirik. Bilirdim ki, Braziliya Messiylə Ronaldonun duelini tamaşaçı kimi izləməyəcək. Rivaldo, Ronaldinyo və Kakadan sonra Neymar ortaya çıxdı. Onun oyununu izləməkdən zövq alıram. Meydanda 200 dəfə ayağına vursalar da, təslim olmur. (Publika.az)


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Neftimizin qiyməti cüzi ucuzlaşıb

19 Avqust 2017 06:03

Qida zəhərlənməsini yüngülləşdirən prosedurlar

19 Avqust 2017 05:33

Venesuelanın keçmiş baş prokuroru prezident Maduronu korrupsiya qalmaqalında ittiham edib

19 Avqust 2017 05:32

Beyləqanda ev əşyaları ilə birgə yandı

19 Avqust 2017 05:29

Status paylaşanlar pul qazanacaq - yeni sosial şəbəkə

19 Avqust 2017 05:03

Trampın daha bir müşaviri vəzifəsini tərk etdi

19 Avqust 2017 04:39

"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı - Koutinyonu satmırlar

19 Avqust 2017 04:33

Trampın sərmayələrin qanuni tənzimlənməsi üzrə xüsusi məsləhətçisi öz postunu tərk edəcək

19 Avqust 2017 04:17

Tryudo Barselonada Kanada sakinlərinin öldürüldüyünü bildirib

19 Avqust 2017 04:07

Dünyanı yeni xəstəlik bürüyə bilər - Nigeriyada mənşəyi məlum olmayan virus yayıldı

19 Avqust 2017 04:03

Adriana bu dəfə Metinlə qayıtdı - FOTOLAR

19 Avqust 2017 03:33

Bakıda 7 otaqlı ev yandı

19 Avqust 2017 03:19

Barselonada terror aktında yaralananların 15-nin vəziyyəti ağırdır

19 Avqust 2017 03:07

“Qarabağ”a qol vurmuş hücumçu “Milan”da

19 Avqust 2017 03:03

6 metrlik quyuya düşən şəxs xilas olundu - Şəkidə

19 Avqust 2017 02:54

Trampın məsləhətçisi istefadan sonra prezidentlə "müharibəyə gedəcəyini" bildirib

19 Avqust 2017 02:52

Evdə hazırlaya biləcəyiniz və sizi gözəlləşdirəcək maskalar

19 Avqust 2017 02:33

Bakıda mənzildən meyit tapılıb

19 Avqust 2017 02:19

Şəkidə üzüm istehsalı 5 min tona çatdırılacaq

19 Avqust 2017 02:03

Almaniyada bıçaqla hücum olub -

19 Avqust 2017 01:50

Salyanda qonşu qonşunu bıçaqladı

19 Avqust 2017 01:39

102 yaşlı ən qoca paraşütçü - VİDEO

19 Avqust 2017 01:33

Dünyanı yeni xəstəlik bürüyə bilər -

19 Avqust 2017 01:25

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı başa çatıb

19 Avqust 2017 01:22

Bakıda "KaMAZ" minik avtomobillərinə çırpılıb: xəsarət alanlar var

19 Avqust 2017 01:07

Faydaları saymaqla bitmir... - KEFİRİN EVDƏ HAZIRLANMA QAYDASI

19 Avqust 2017 01:03

"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı -

19 Avqust 2017 00:54

Mingəçevirdə kişi meyiti tapılıb

19 Avqust 2017 00:37

2004-cü ildən bəri Avropada törədilən TERROR AKTLARININ XRONİKASI

19 Avqust 2017 00:33

Suriya müharibəsi başa çatır -

19 Avqust 2017 00:30

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08

Dövlət Departamenti: ABŞ qoşunları İŞİD üzərində qələbədən sonra Suriyada qalmayacaq

19 Avqust 2017 00:02

Portuqaliyada fövqəladə vəziyyət elan edildi

19 Avqust 2017 00:02

Neftimiz cüzi ucuzlaşıb

18 Avqust 2017 23:52

Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP: Yay mövsümündə tikinti işləri aparılmır

18 Avqust 2017 23:48

Bakıda İNANILMAZ OLAY: sərnişin avtobus sürücüsünün üstünə tapança çəkdi - GÖRÜNTÜLƏR

18 Avqust 2017 23:39

Yaponiya və Çin arasında gərginlik -

18 Avqust 2017 23:38

“İphone 7” smartfonu LİDERDİR

18 Avqust 2017 23:33

"Arsenal"ı alsam, ilk işim Vengeri qovmaq olacaq"

18 Avqust 2017 23:19

Dünyanın ən "axmaq" 10 estetik əməliyyatı - VİDEO

18 Avqust 2017 23:18

Barselonada terror aktında şübhəli bilinən 3-cü şəxs Kambrilsdə zərərsizləşdirilib

18 Avqust 2017 23:17

"Tottenhem" ən bahalı transferini etdi

18 Avqust 2017 23:14

Livan ordusu "Cəbhət ən-Nüsrə" terror qruplaşmasının anbarında ABŞ raketləri tapıb

18 Avqust 2017 23:12

Açıq-saçıq geyimləri ilə seçilən əfqan müğənni konsert anonsu verdi - ÖLÜMLƏ HƏDƏLƏNDİ

18 Avqust 2017 23:03

"WhatsApp"da super funksiya gəlir-

18 Avqust 2017 23:00

Türkiyədə zəlzələ

18 Avqust 2017 22:49

ABŞ prezidentinin strateji məsələlər üzrə müşaviri İSTEFA VERDİ

18 Avqust 2017 22:48

Bodrumda ardıcıl 2 zəlzələ olub

18 Avqust 2017 22:40

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov "Aue"yə ilk xalı qazandırıb

18 Avqust 2017 22:37

Ərdoğan türkləri Merkelin əleyhinə səs verməyə çağırdı

18 Avqust 2017 22:33