Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu qıza kök dedilər, o da yarışmadan çıxdı - fotolar

Bu qıza kök dedilər, o da yarışmadan çıxdı - fotolar

Date: 25 October 2016 00:36

İslandiyada gözəllik müsabiqəsinin qalibi olmuş 20 yaşlı Arna Yonsdottir Amerikada keçirilən “Miss Grand International” adlı müsabiqəyə dəvət edilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Arna öncə təklifi qəbul etsə də, sonradan fikrindən daşınıb.

Buna səbəb isə müsabiqə təşkilatçılarının onu kök hesab etməsi olub. Arnaya yarış gününə qədər səhər yeməyindən imtina etmək və sadəcə salat yemək tapşırılıb.

Professional olaraq gimnastika ilə məşğul olan Arna, bu sözlərdən bərk əsəbiləşib və onu olduğu kimi qəbul etmədikləri üçün yarışmada iştirak etməkdən imtina edib.

İslandiyalı gözəlin bu hərəkəti sosial mediada böyük dəstək qazanıb və bir çoxları onun hərəkətinin doğru olduğunu bildiriblər.

Qeyd edək ki, Yonsdottir "Avro 2016" gözəllik müsabiqəsinin də qalibi olub.












Tags:  qıza kök dedilər yarışmadan çıxdı fotolar

RƏYLƏR


Top news