İmişlidə içi daşla dolu "Kamaz" oğurlandı

İmişlidə içi daşla dolu "Kamaz" oğurlandı
00:39 25 Oktyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

İmişlidə yük maşını qaçırılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə  ötən gün  rayonun daş bazarında qeydə  alınıb.

 

Naməlum şəxs və ya şəxslər  tərəfindən mişar daşı ilə yüklənmiş “KAMaz” markalı  avtomaşın oğurlanıb.

 

Səhər saatlarında əraziyə gələn sürücülər avtomobilin oğurlandığından xəbər tutublar. Az sonra sürücülər yük avtomobilini yaxınlıqda olan kolluqda aşkar ediblər. Avtomobildə olan 900 ədəd daşın oğurlandığı məlum olub.

 

Naməlum oğrular digər avtomobilləri qaçırmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Lakin avtomobillərin bir qisminə ziyan vurublar.

 

Faktla bağlı İmişli rayon polis şöbəsində cinayət işi açılıb, tədqiqat aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257533

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR