Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu zarafatı edənlər həbs ediləcək

Bu zarafatı edənlər həbs ediləcək

Date: 25 October 2016 01:21

Son günlər ABŞ-da qəribə maskalar geyinən kloun görünüşlü şəxslərin qorxunc zarafatları artmağa başlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu cür zarafatlar artıq Avropanın bir neçə ölkəsində, xüsusilə Almaniyada yayılıb.

Almaniyada vəziyyət o həddə çatıb ki, insanlar polislərə şikayət etməyə başlayıblar. Son məlumatlara görə, təkcə ötən həftə 86 belə fakt qeydə alınıb.

Artan şikayətlərdən sonra, bu halların qarşısını almaq üçün sərt addımların atılmasına başlanılıb. Belə ki, bundan sonra kloun görkəmində başqalarına qorxunc zarafat edən şəxslər 1 il müddətinə həbs ediləcəklər.


Tags:  zarafatı edənlər həbs ediləcək

RƏYLƏR


Top news