Kanadada “Azerbaijan Star TV” kanalının açılışı olub

Kanadada “Azerbaijan Star TV” kanalının açılışı olub
01:32 25 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Kanadanın Toronto şəhərində “Azerbaijan Star TV” kanalının açılışı münasibətilə ziyafət təşkil olunub.
Azərbaycan Respublikasının Kanadadakı Səfirliyindən "Report"a verilən xəbərə görə, tədbir Toronto şəhərində fəaliyyət göstərən “Heydərbaba (HB) Media” Qrupunun və Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin dəstəyi ilə təşkil edilib.
Açılış mərasimində respublikamızın Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Hüseynli, Ontario əyalətinin ali təhsil naziri Dr. Reza Moridi, tanınmış müğənni Yaqub Zurufçu, Torontoda fəaliyyət göstərən digər sənətçi və musiqiçilər, Azərbaycan və türk diasporunun təmsilçiləri iştirak ediblər.
“Heydərbaba (HB) Media” Qrupunun rəhbəri və “Azerbaijan Star TV” telekanalının təşkilatçısı Yashar Poorali telekanalın açılışını elan etmək və qırmızı lenti kəsmək üçün müvəqqəti işlər vəkili Ramil Hüseynlini, Ontario əyalətinin ali təhsil naziri Dr. Reza Moridini, tanınmış müğənni Yaqub Zurufçunu və telekanalın ərsəyə gəlməsinə töhfə vermiş digər qonaqları səhnəyə dəvət edib.
Müvəqqəti işlər vəkili Ramil Hüseynli çıxış edərək, Azərbaycanın düşmənlərinin təxribatlarına qarşı birlik və həmrəylik nümayiş etdirməyin vacib amil olduğunu bildirib.
Dr. Reza Moridi telekanalın rəhbərliyinə Ontarionun baş naziri Ketlin Vinnin (Kathleen Wynne) təbrik məktubunu, öz adından isə təşəkkürnaməni təqdim edib.






Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/kanadada-azerbaijan-star-tv-kanalinin-acilisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR