Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Baş məşqçi Vüqar Məmməd: "Komandamız oyuna optimal şəkildə hazırlaşıb"

Baş məşqçi Vüqar Məmməd: "Komandamız oyuna optimal şəkildə hazırlaşıb"

Date: 25 October 2016 06:12

Buxarest. 25 oktyabr. REPORT.AZ/ On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmmədin Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək AÇ-2017-nin ilkin seçmə mərhələsi ərəfəsində “Report”un Şərqi Avropa bürosuna müsahibəsi:
- Sabah baş tutacaq İngiltərə millisi ilə oyuna komanda necə hazırlaşıb?
- İlk oyunumuz İngiltərə ilə olacaq. Həqiqətən güclü rəqibdir. Ümumiyyətlə qrupumuzda mübarizə aparan hər 3 yığma güclü rəqibdir. Eləcə də Rumıniya ev sahibidir.
Bu qrup güclü qruplardan bir sayılır. Biz rəqiblərimizi təhlil etmişik. Ən əsas da İngiltərə millisini. Çünki ilk olaraq onlarla qarşılaşacağıq. Uşaqlarla birlikdə rəqib komandanı müzakirə etdik. Komandamız bu oyuna optimal şəkildə hazırlaşıb. Amma paralel oyunlarda da qrupumuzun digər millilərinin oyunlarını izləyəcəyik.
- Futbolçuların fiziki durumu necədir?
- Yığmada zədəli oyunçular yoxdur. Səylə çalışdıq ki, futbolçularımız bu oyunlara qədər zədə almasınlar. Texniki-taktiki hazırlıqla bərabər futbolçuların fiziki durumunu da qaldırmağa çalışdıq.
- Azərbaycan millisinin AÇ-2017-nin ilkin seçmə mərhələsini keçmə imkanın necə qiymətləndirirsiniz?
- Əlimizdən gələni edəcəyik ki, qrupdan çıxaq. Dediyim kimi, rəqiblərimiz çox güclüdür, amma biz heç bir rəqibdən çəkinmirik, komandama demək olar ki, güvənirəm. Millimizi optimal şəkildə bu oyuna kökləmişik.
Futbolçularla həm fərdi, həm komanda şəkilində danışıqlar aparmışıq. İlk oyundan çox şey asılıdır. Komandama güvənirəm və inanıram ki, futbolçularımızla bu mərhələni keçəcəyik. 

Tags:  Baş məşqçi Vüqar Məmməd Komandamız oyuna optimal şəkildə hazırlaşıb

RƏYLƏR


Top news