Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Əfqanıstanda 32 "taliban"çı öldürülüb

Əfqanıstanda 32 "taliban"çı öldürülüb

Əfqanıstanda hərbi bazalara hücum edən "Əl-Qaidə" lideri öldürülüb (20 Fevral 2017 06:32)

Tarix: 25 Oktyabr 2016 06:42

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Taliban" silahlılarının Əfqanıstanın şimal vilayəti Cauzdanın Feyzabad rayonunu ələ keçirmək məqsədilə başladıqları hücum əməliyyatı uğursuzluğa düçar olub.
"Report"un məlumatına görə, bu barədə vilayətin rəsmi nümayəndəsi Rza Qafori "Sinxua" agentliyinə xəbər verib.
Məlumatda bildirilir ki, əməliyyatın qarşısının alınması zamanı 32 silahlı öldürülüb.
"Taliban"çıların Feyzabad rayonuna hücumları dəf edildi. Silahlılar böyük uğursuzluğa düçar oldular. Onlar döyüş meydanında 32 meyit qoyaraq gizləndilər" – deyə Rza Qafori bildirib.
O, qeyd edib ki, ağır döyüşlər iki gün davam edib. Əməliyyat zamanı 60-dan çox silahlı yaralanıb.
Rza Qaforinin sözlərinə görə, əməliyyat zamanı qonşu Mandjiqak rayonunun polis rəisi də öldürülüb.

Teqlər:  Əfqanıstanda 32 talibançı öldürülüb



RƏYLƏR


Top xəbərlər