Qozlu sous ilə badımcan bağlaması

Qozlu sous ilə badımcan bağlaması
07:05 25 Oktyabr 2016
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az qozlu sous ilə badımcan bağlamasının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

2 kq badımcan
1 st. qoz
2 dəstə keşniş 
3 diş sarımsaq 
0,5 l su
2 ç.q. sirkə
duz (zövqə görə)

Badımcanları təmizləyib fal-fal doğrayın. Duzlayıb üzərinə soyuq su tökün. 40 dəqiqə sonra suyu süzüb badımcanları sıxın. Kağız salfetlərin üzərinə düzün. 

Sous: keşnişi doğrayın, sarımsağı və quru tavada bir qədər qovrulmuş qozu əzin, duz, 70%-li sirkə essensiyası qatılmış qaynar su ilə qarışdırın. 

Badımcanları yağda iti odda hər iki üzünü qızılı rəng alanadək qızardın. Hər qızarmış badımcan dilimini çəngəllə götürüb sousa batırın, sterilizə edilmiş bankalara yığın. Sousun qalanını üzərinə tökün. Bankaların ağzına qapaq qoyun, qaynadın. Qaynara düşəndən sonra 5-7 dəqiqə ocağın üzərində saxlayın, sonra qapağını bağlayıb soyuq yerdə saxlayın. 

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/482372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR