Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Check up” niyə bahadır? (VİDEO)

“Check up” niyə bahadır? (VİDEO)

Date: 25 October 2016 07:08

Hər bir insan ildə iki dəfə tibbi müayinədən keçməlidir ki, necə deyərlər canında nələr var ortaya çıxsın.

Dövlət səhiyyə müəssisələrində icbari şəkildə əhali pulsuz müayinədən keçirilir. Eyni müayinə xidmətlərini həyata keçirən özəl tibb müəssisələrində isə bunun qiyməti kəllə çarxa çıxmış vəziyyətdədir. 100-300 manat arası pul xərcləməlisən ki, özəl klinikada özünü yoxlatdıra biləsən.

Sağlamlıq vəziyyətinin öyrənilməsi üçün hər bir insan vaxtaşırı tibbi müayinədən keçməlidir. “Check up” adlanan proses özəl tibb müassisələrində də həyata keçirilir.

Məsələ burasındadır ki, “Check up” prosesinin baha olması insanların bu xidmətdən necə deyərlər qaçmasına səbəb olur.

Səhiyyə Nazirliyinin balansında olan təsərrüfat hesablı xəstəxanalarda da müayinə qiymətləri özəl klinikalardan fərqlənmir. Lakin Səhiyyə Nazırliyindən “Xəzər Xəbər”ə bildirdilər ki, insanlar müayinə prosesinə pul xərcləmək istəmirlərsə poliklinikalara müraciət etsinlər.


Tags:  Check up niyə bahadır VİDEO


RƏYLƏR


Top news