Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sürücüsüz avtomobilləri öz aralarında "danışacaq"

Sürücüsüz avtomobilləri öz aralarında "danışacaq"

Date: 25 October 2016 07:32

Böyük Britaniyada bir neçə avtomobil istehsalçısının əməkdaşlığı çərçivəsində sürücüsüz avtomobillərin öz aralarında "ünsiyyət" qurmasına imkan verən texnologiyalar işlənib hazırlanıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, avtomobillərin qarşılıqlı əlaqəsi üzrə yeni texnologiyalar "UK AutoDrive" layihəsi çərçivəsində hazırlanır. Layihənin direktoru bildirir ki, hər saniyə bir-biri ilə məlumat mübadiləsi edən avtomobillər yol hərəkətinin təhlükəsizliyinin daha yaxşı təmin edilməsinə, nəqliyyat axınının yaxşılaşmasına, həmçinin parklama yerlərinin daha səmərəli istifadəsinə imkan yaradacaq.

Avtomobillər təqdimetmə zamanı digər avtomobilləri tormozlama zərurəti haqda xəbərdar etmək qabiliyyətini göstərib. Bu funksiya təhlükəsizliyin təmini üçün böyük əhəmiyyət kəsb edir. Məsələn, dumanlı hava şəraitində sözügedən funksiya əvəzedilməzdir, çünki sürücülər irəlini görmürlər. Bundan başqa, sürücüsüz hərəkət edən avtomobillər işıqforla bağlı məlumat mübadiləsini öyrəniblər. Bu texnologiyanın reallaşdırılması nəqliyyat axınının səmərəliyini yüksəltməyə kömək edəcək və gələcəkdə atmosferə atılan zərərli tullantıların həcminin azalmasına səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, "Jaguar Land Rover" şirkəti təqdimetmə zamanı sürücüsüz işləyən sistemin yeni funksionalını nümayiş etdirib: belə ki, indi yolda aşağı sürətlə hərəkət edən avtomobilləri ötə bilər.

Milli.Az


Tags:  Sürücüsüz avtomobilləri öz aralarında danışacaq


RƏYLƏR


Top news