Bakıda zəncirvari yol qəzası: 4 yaralı - FOTO

Bakıda zəncirvari yol qəzası: 4 yaralı - FOTO
07:37 25 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ağır zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  hadisə Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələrinin kəsişməsində baş verib.
 
İki küçənin kəsişməsində "Jeep", VAZ-2107 və iki "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər xəsarət alıb. 1 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, ora qəza zamanı xəsarət alan iki nəfər aparılıb. Bunlar Ruqiyyə Dadaşova və Nicat Ağamalıyevdir. Digər iki yaralı isə özəl xəstəxanalara aparılıb.
 
İlkin məlumata görə, qəzaya Əhməd Rəcəbli küçəsindəki işıqforun işləməməsi və sürücülərin buna əhəmiyyət verməməsi səbəb olub. İşıqforun Bakıya yağan və fəsadlar yaradan güclü yağışdan sonra işləmədiyi bildirilir.
 
Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsinin hadisə yerində müayinələr aparan inspektoru Emin Əmrahov  deyib ki, işıqfordakı problem hava şəraiti ilə əlaqədar yaranıb.
 
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR