Bakıda kütləvi dava olub, 20 yaşlı gənc bıçaqlanıb

Bakıda kütləvi dava olub, 20 yaşlı gənc bıçaqlanıb
07:42 25 Oktyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Səbail rayonu ərazisində kütləvi dava baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Üzeyir Hacıbəyli küçəsi, 21 ünvanında qeydə alınıb.
 
Binanın həyətyanı sahəsində 4 nəfər arasında mübahisə düşüb. Mübahisə sonradan davaya çevrilib. Dava zamanı soyuq silahdan da istifadə edilib. Nəticədə 1996-ci il təvəllüdlü Abdullayev Vüsal Ramiz oğlu üç bıçaq zərbəsi alıb. Ağır yaralanan V.Abdullayev təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
 
Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.
 
Faktla bağlı Səbail Rayon Polis İdarəsində (RPİ) cinayət işi başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR