Pakistanda kollecə hücum: 59 ölü, 100 yaralı - YENİLƏNİB - FOTO

Pakistanda kollecə hücum: 59 ölü, 100 yaralı - YENİLƏNİB - FOTO
07:57 25 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanın Kvetta şəhərində bir qrup silahlı şəxs tərəfindən polis kollecinə edilən hücum nəticəsində ölənlərin sayı 519nəfərə çatıb.

04:16

07:54

Pakistanın Kvetta şəhərində (Bəlucistan əyaləti) silahlıların polis kollecinə hücumu nəticəsində ölənlərin sayı 59-a çatıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat verib.
 
"Dawn" qəzetinin məlumatına əsasən, hadisə nəticəsində kollecin 100-dək tələbəsi yaralanıb və ya xəsarət alıb.
"Hücum üzərilərində "şəhid kəməri" olan 3 terrorçu tərəfindən həyata keçirilib. Onlardan ikisi partlayıcı qurğunu işə salıb. Daha bir terrorçunu hərbçilər məhv edib. Əldə etdiyimiz məlumata görə, hücum zamanı silahlılar daim Əfqanıstandakı təlimatçıları ilə əlaqədə olublar", deyə Pakistan ordusunun nümayəndəsi bildirib.
 
"Sinxua" agentliyinin xəbərinə görə, kollecdə silahlılara qarşı əməliyyat başa çatıb.

07:09

Milli.Az Trend-ə istinadən bildirir ki, Pakistanın Kvetta şəhərində bir qrup silahlı şəxs tərəfindən polis kollecinə edilən hücum nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

03:41

Pakistanın Kvetta şəhərində bir qrup silahlı şəxs tərəfindən polis kollecinə edilən hücum nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  terrorçuların hücumu zamanı ən azı 100 nəfər xəsarət alıb.

03:29

Pakistanın Kvetta şəhərində bir qrup silahlı şəxs tərəfindən polis kollecinə edilən hücum nəticəsində 20 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, terrorçuların hücumu zamanı 51 nəfər xəsarət alıb.

00:03

Pakistanın Kvetta şəhərində bir qrup silahlı şəxs tərəfindən 200-dən çox polis kursantı girov götürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə zamanı 7 polis əməkdaşının xəsarət alıb.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR