Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin apellyasiya şikayəti qeyri-mümkün hesab edilib

Lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin apellyasiya şikayəti qeyri-mümkün hesab edilib

Date: 25 October 2016 08:02

Bakı. 25 oktyabr.REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin əmanətçisi-mülkiyyətçisi tərəfindən Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ərizəsi əsasında məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
"Report"un məlumatına görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, “Parabank” ASC-nin apellyasiya şikayəti qeyri-mümkün hesab edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Parabank” ASC-nin bank lisenziyası ləğv edilib. 22 iyul 2016-cı il tarixdən lisenziyası ləğv olunmuş bankın MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. Palata “Parabank” ASC-nin məcburi ləğvi və Əmanətlərin Sığortalanması Fondunun 24.07.2016-cı il tarixdən etibarən bankın ləğvedicisi təyin edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə ərizəni təmin edib. Həmin qərardan narazı qalan “Parabank” ASC-nin əmanətçisi-mülkiyyətçisi Həbib-Zadə Vəfa Həbib oğlu apellyasiya şikayəti verib.

Tags:  Lisenziyası ləğv edilmiş Parabank ASC-nin apellyasiya şikayəti qeyri-mümkün hesab edilib

RƏYLƏR


Top news