Brüsseldə "Mənim Azərbaycanım" adlı fotosərgi açılıb - FOTO

Brüsseldə "Mənim Azərbaycanım" adlı fotosərgi açılıb - FOTO
08:05 25 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Brüsseldə Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə təşkil edilən tədbirlər çərçivəsində fotoqraf Orxan Aslanovun fotoşəkillərindən ibarət "Mənim Azərbaycanım" adlı sərgi açılıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublkasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov Azərbaycanın müstəqilliyini bərpa etdiyi 25 il ərzində keçdiyi sürətli inkişaf yolundan bəhs edib. O, ölkəmizin bu gün beynəlxalq müstəvidə güclü mövqeyi ilə seçilən etibarlı tərəfdaşa çevrildiyini vurğulayıb. Səfir, həmçinin sərginin avropalı dostlarımıza Azərbaycanın insanları və gözəl təbiəti ilə yaxından tanışlığa imkan yaratdığını bildirib.

Orxan Aslanov isə "Mənim Azərbaycanım" layihəsinin ikiillik fəaliyyətinin nəticəsi olduğunu bildirərək sərgidə nümayiş etdirilən əsrarəngiz mənzərələrin doğma yurdumuzun gözəlliklərinin yalnız bir hissəsi olduğunu diqqətə çatdırıb.

Sərgidə nümayiş etdirilən fotoşəkillər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR