Nizamın növləri, qaydaları və tətbiqi

Nizamın növləri, qaydaları və tətbiqi
08:12 25 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

O insan ki, həyatında nizam və intizama malikdir, sadə şəkildə bütün işləri görməyə qadir olur.

Bütün məxluqlar xüsusi nizamla xəlq edilmişdilər. Bu dünyada olan hər bir şey məntiqli nizamla hərəkət edir.
İmam Əli (ə) buyurur: "İşdən əvvəl proqram qurmaq səni peşmançılıqdan amanda saxlayar".
Başqa yerdə İmam Əli (ə) buyurur: "Həqiqətən, sənin vaxtın - ömrünün bir hissəsidir. Ona görə çalış ki, vaxtın nicatına səbəb olan şeydən başqasına görə tələf olmasın".
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  ayətullah Behcətin tələbələrindən biri nəql edir: "Ağa bütün işlərində nizamlı və dəqiq idi. Evindən çıxandan məscidə qədər nə qədər zikr deyəcəyini proqramlaşdırırdı ki, vaxtı tələf olmasın".
 
Nizamın növləri:
 
1. Danışıqda nizam.
Danışıqda nizam odur ki, insan danışan zaman həddi qorusun. Məsələn nə zaman danışsın, nə desin və nə qədər desin. İnsan gərək mədh və ya məzəmmət edən zaman mötədil olsun. İfrat və təfrit etməsin.
 
2. Yazıda nizam.
Yazıda nizam budur ki, kəlmələr arasında həmahənglik olmalıdır.
 
3. Yemək yeyən zaman nizam.
Bir mömin müəyyən saatda və mötədil şəkildə yemək yeməlidir. Bu zaman insan sağlam qala bilər.
 
4. Yol getməkdə nizam.
Yol gedən zaman nizamlı olmaq odur ki, sürətin mötədil olsun.
 
5. Zahiri bəzəyən zaman nizam.
O insan ki, zahiri cəhətdən pakizə və tərtiblidir, nizamlı sayılır. Zahiri gözəlliyə diqqət etmək ictimai rabitələrə müsbət təsir qoyar.
 
6. Ünsiyyətdə nizam.
Ünsiyyətdə nizam odur ki, buna sərf edilən vaxt hesablanmış olsun. Yersiz vaxt sərfindən çəkinmək lazımdır. Bu, ünsiyyətdə olan nizamdır.
 
7.İbadətdə nizam.
İbadətdə də nizamlı olmaq zəruridir. İfrat və təfritdən çəkinmək çox tövsiyə edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR