Tiflis Azərbaycan Dövlət Dram Teatrı yeni mövsümə başlayır

Tiflis Azərbaycan Dövlət Dram Teatrı yeni mövsümə başlayır
08:22 25 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Noyabrın 1-də Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrı yeni teatr mövsümünü gürcü klassiki David Kldiaşvilinin "Darispanın iztirabları" premyerası ilə açacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yeni tamaşa haqqında məlumatı teatrın aktyor-rejissoru Turqay Vəlizadə məlumat verib.
 
Onun sözlərinə görə, yeni premyera Tiflisdəki Kaxa Bakuradze adına teatrın tamaşa salonunda oynanılacaq. "Darispanın iztirabları" tamaşasında azərbaycanlı aktyorlardan Turqay Vəlizadə, Aslan Məmmədov, Leyla Qasımova, Bülbül Əliyeva, Aysel Məmmədova, Namiq Musayev  ilə birgə gürcü və türk aktyorları Laura Rexviaşvili və Nicat Zəngin də rolları ifa edəcəklər.
 
Əsərin rejissoru teatrın rəhbəri Varlam Nikoladzedir. Tamaşa üç gün davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR