İlahi əzabdan uzaq olmaq üçün əməli tövsiyələr

İlahi əzabdan uzaq olmaq üçün əməli tövsiyələr
08:32 25 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Allah Təala Qurani-Kərimdə insanlara xəbərdarlıq edir ki, əgər İlahi əmrlərdən uzaq olsalar, zülm, fəsad və günaha üz çevirsələr, onlara İlahi əzab nazil olacaqdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu əzabın nümunələrini Həzrət Nuhun (ə), Həzrət Salehin (ə), Həzrət Lutun (ə), Həzrət Musanın (ə) və bir çox peyğəmbərlərin ümmətlərinin başına gələn zaman görmüşük. Quran biz müsəlmanları da günühdan uzaq olmağa dəvət edir və buyurur ki, əks halda İlahi əzabdan amanda olmarıq."De: "O sizə başınızın üstündən (daş, ildırım və Cəhənnəm çınqılı), ya ayaqlarınızın altından (zəlzələ və yerə batırmaq kimi) əzab göndərməyə (yaxud yuxarı zalım təbəqədə olanları aşağıdakılara hakim etməyə və ya aşağı təbəqəni yuxarı təbəqənin əleyhinə qaldırmağa) yaxud sizi dəstə-dəstə (edib) bir-birinizin canına salmağa və bəzinizin əzabınızı bəzinizə daddırmağa qadirdir"". ("Ənam" 65).

Allah Təbarəkə və Təala bizlərə həm xəbərdarlıq edir, həm də bizlərə günahdan uzaq olmaq üçün yollar göstərir.

1. Allaha şükür etmək və küfrdən uzaq olmaq.

"Əgər şükür etsəniz və iman gətirsəniz, Allah sizə əzab verməyi neyləyir (Onun buna nə ehtiyacı və bunun Ona nə xeyri var)?! Allah həmişə qədirbilən (əməli qiymətləndirərək yaxşı mükafatlandıran) və (hər şeyi) biləndir". ("Nisa" 147).

"Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir". ("İbrahim" 7).

Əgər insan Allahın ona verdiyi nemətlərə görə şükür edər və qədrini bilərsə, nəticədə bu nemətlərin sayı artar və İlahi əzabdan amanda olar.

2. Fəsad qarşısında susmamaq və zalımla əlaqəni kəsmək.

"Biz pis işdən çəkindirənləri xilas etdik, zülm edənləri isə itaətsizliklərinə görə ağır bir əzaba düçar etdik". ("Əraf" 165). Bu ayədən də göründüyü kimi həqiqi müsəlman əmr-be-məruf və nəhy-əz-munkəri unutmamalı və zalıma qarşı çıxmalıdır. Əks halda zalımla şərik hesab edilər. Zalımı gözləyən əzab ona da şamil olar.

3. Allahdan qeyrisinə ibadəti tərk etmək.

"Allahdan başqasına ibadət etməyin. Həqiqətən, mən sizin üçün ağrılı günün əzabından qorxuram". ("Hud" 26).

4. Günahlara görə tövbə etmək.

"Və Rəbbinizdən (keçmiş əməllərinizə görə) bağışlanmaq diləyin, sonra (saleh əməllərlə) Ona tərəf qayıdın. Həqiqətən mənim Rəbbim mehriban və (tövbəkar bəndələrini) sevəndir". ("Hud" 90). Bu ayədə Şueyb öz qövmindən istiğfar etmələrini istəyir ki, İlahi əzabdan uzaq ola bilsinlər. Bu yolla İlahi rəhmət qapıları üzlərinə açılsın.

Bu deyilənlərə diqqət edək və İlahi əzabı özümüzdən uzaqlaşdıraq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR