Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İmişlidə yük maşını qaçırılıb

İmişlidə yük maşını qaçırılıb

Bakıda sərnişin avtobusu qaçırılıb (11 Mart 2017 12:32)
İmişlidə “Kamaz”la “Niva” toqquşdu - Xəsarət alanlar var (06 Mart 2017 22:43)
İmişlidə “Kamaz”la “Niva” toqquşub, 2 nəfər xəsarət alıb (06 Mart 2017 21:47)

Tarix: 25 Oktyabr 2016 08:37

İmişlidə yük maşını qaçırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə  ötən gün  rayonun daş bazarında qeydə  alınıb.
 
Naməlum şəxs və ya şəxslər  tərəfindən mişar daşı ilə yüklənmiş "KAMaz" markalı  avtomaşın oğurlanıb.
 
Səhər saatlarında əraziyə gələn sürücülər avtomobilin oğurlandığından xəbər tutublar. Az sonra sürücülər yük avtomobilini yaxınlıqda olan kolluqda aşkar ediblər. Avtomobildə olan 900 ədəd daşın oğurlandığı məlum olub.
 
Naməlum oğrular digər avtomobilləri qaçırmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Lakin avtomobillərin bir qisminə ziyan vurublar.
 
Faktla bağlı İmişli rayon polis şöbəsində cinayət işi açılıb, tədqiqat aparılır.

Milli.Az


Teqlər:  İmişlidə yük maşını qaçırılıb



RƏYLƏR


Top xəbərlər