Malayziyada xəstəxanada baş vermiş yanğında 6 nəfər ölüb

Malayziyada xəstəxanada baş vermiş yanğında 6 nəfər ölüb
08:52 25 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Malayziyadakı xəstəxanalardan birində güclü yanğın baş verib.
"Report"un məlumatına görə, bu barədə "Star" qəzetinin elektron versiyası xəbər yayıb.
Məlumatda bildirilir ki, hadisə Coxor-Baru şəhərində, yerli vaxtla saat 9-da qeydə alınıb. Yanğın nəticəsində 6 nəfər həlak olub.
Şahidlərin sözlərinə görə, ölənlərin hamısı xəstəxananın pasiyentləri olub. Xilasedicilər 100 nəfəri təxliyə ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/malayziyada-xestexanada-bas-vermis-yanginda-6-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR