Şahin Diniyev azarkeşlərlə görüşdü - FOTO

Şahin Diniyev azarkeşlərlə görüşdü -   FOTO
08:57 25 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Gəncə şəhər stadionunda “Kəpəz” klubunun rəhbərliyi ilə azarkeşlər arasında görüş keçirilib. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Şahin Diniyevin də iştirak etdiyi toplantıya üçfanklubun üzvləri qatılıb.


Futbolun azarkeşlər üçün olduğunu söyləyən klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu Gəncə azarkeşlərinin ötən mövsüm tamaşaçı sayında rekorda imza atdığını bildirib. O, bu çempionat üçün də azarkeş sayında yüksək göstərici gözlədiklərini vurğulayıb. Elmar Əliyevin klubda fanklublarla əlaqələndirici vəzifəsinə gətirilməsindən də danışan Mikayıl Nərimanğlu bu təyinatın klub-azarkeş münasibətlərinin nizamlanmasında rol oynayacağını əlavə edib.


Görüşdə çıxış edən Şahin Diniyev də azarkeş amilinə diqqət çəkib və fanatların komandanın gücünə güc verdiyini deyib. Təcrübəli məşqçi yetirmələrinin dolu tribunalar önündə oynamasının əlavə məsuliyyət yaratdığını və ötən mövsümkü nəticəni yaxşılaşdırmağa çalışacaqlarını söyləyib.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ahin-diniyev-azarkelrl-gorudu-t53605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR