Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

5 ölkə də Rusiyaya qarşı

5 ölkə də Rusiyaya qarşı

Date: 25 October 2016 09:05

Ukrayna daxil olmaqla 5 ölkə Avropa İttifaqının qərarını dəstəkləyərək Rusiyaya qarşı sanksiyalara qoşulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının saytında bildirilir.
 
"Namizəd ölkələr olan Monteneqro ilə Albaniya, həmçinin Avropa Azad Ticarət Assosiasiyasının üzvləri - Lixtenşteyn və Norveç, Avropa iqtisadi zonasının üzvləri, o cümlədən Ukrayna qətnaməyə qoşulur", - sənəddə bildirilir.
 
Sentyabrın 15-də Avropa İttifaqı Ukraynadakı vəziyyətlə əlaqədar  Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb. 146 şəxs və 37 şirkətə qarşı məhdudiyyətlər gələn ilin mart ayınadək qüvvədə qalacaq.

Milli.Az


Tags:  ölkə Rusiyaya qarşı

RƏYLƏR


Top news