Dəbdəbəli həyata meylli olmamalıyıq

Dəbdəbəli həyata meylli olmamalıyıq
09:05 25 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Dəbdəbəpərəstlik insanı süqut etdirər, bu cür insan öz payına düşənlə qənaətlənmir. Çalışar ki, hansı yoldan olursa-olsun dəbdəbəpərəstliyini davam etdirsin. Dəbdəbəpərəstlik insan üçün haqqun-nas kimi günah gətirər.

Dəbdəbəli həyat, israflı həyat insanı və cəmiyyəti məhvə aparar. İmam Əli (ə) buyurur: "Dəbdəbəli həyat insanı süqut etdirər".
O şey ki, insanı dünya və axirətdə xar və zəlil edər - dəbdəbəli həyatdır. Bu cür həyat insan əsəblərinin pozulmasına və iztirtaba gətirib çıxardar. Bu cür insan hər cür alçaqların qarşısında əyilər və xar olar. "Sol tərəf əhli(nə gəldikdə isə); nədir sol tərəf əhli? (Əməl dəftərləri sol əllərinə verilmiş bədbəxtlər!) (Onlar içlərinə) nüfuz edən odun və qaynar suyun hərarəti (içərisi)ndə və qatı qara tüstünün kölgəsindədirlər. Nə sərindir, nə də (istirahət etmək üçün) xeyirli (və yararlı). Həqiqətən onlar bundan əvvəl (dünyada) əyyaş nemət sahiblərindən idilər. Və həmişə (Allahın əhdlərinə qarşı) böyük vəfasızlıqlara israr edirdilər". ("Vaqiə" 41-46).
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Sol tərəf əhli Qiyamət günü xəcalətli və rüsvay olacaqdır. Onun əməl dəftərini sol əlinə verəcəklər. Nəhayət münafiqlər və kafirlərin sırasına qoşular. Dünyada dəbdəbəli həyat axirətdə onu cəhənnəmin odununa çevirmişdir. Quran bu cür insanlar haqqında buyurur: "Beləliklə Bizim (azğınları məhv etməkdən ibarət) qəti və əzəli hökmümüz onların barəsində gerçəkləşər və onları şiddətlə həlak edərik". ("İsra" 16).
Dəbdəbə həvəsində olan insan öz haqqı ilə qənaətlənməz və ona görə də boynunda haqqun-nas olar. Təmtəraqlı məclislər, hicabsızlıq, əxlaqi fəsad bu cür həyatdan qaynaqlanar.
Müasir dövrdə bir çox insanlar ruhi və psixoloji xəstəliklərə düçar olar. Ailə münaqişələri, təlaq və qəflətən ölümlər bu cür həyatdan qaynaqlanır. Bu cür həyatda sevinc yoxdur.
Bu gün cavanlar evlənmək istəyən zaman çox sayda problemlə üzləşər. Elçi gedən zaman ondan elə şeyləri istəyirlər ki, onları əldə etməyə qadır deyildir. Ona görə də çox zaman rədd cavabı alır. Belə olan halda cavanların bir çoxu subay qalır.
Çox təəssüf ki, bu gün hətta qərblilər də bizdən sadə yaşayırlar. Halbuki, onlar bu nümunəni İslam dinindən götürmüşdülər. Amma biz müsəlmanlar bunu unutmuşuq. "Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar". ("Furqan" 67). Bizim yerimizə bu ayəyə qərblilər əməl edirlər.
 
Həzrət Peyğəmbər (s) on il və İmam Əli (ə) isə 5 il hökumət edir. Onların qurduqları hökumət çox sağlam idi. Çünki bu dövlətdə nə insanlar və nə də dövlət təmtəraq ardınca deyildi. İmam Əlinin (ə) dövlət şamını söndürüb, öz şəxsi şamını yandırması buna gözəl misallardandır.
İmam Rza (ə) buyurur: "Allah yersiz danışmağı, malı məhv etməyi və çox istəməyi sevməz".
Dəbdəbəli yaşamaq insana paxıllıq, tamahkarlıq, şəhvətpərəstlik və kin-küdurət kimi rəzil sifətlər gətirər. Allah buyurur: "Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir. Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar, sonra solar və onu saralmış görərsən və daha sonra quruyub sınar. Axirətdə (Allaha qarşı üsyankarlıq edənlər üçün) ağır əzab və (itaətkarlar üçün) Allahın bağışlaması və razılığı vardır. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir". ("Hədid" 20).
"Biz bu yüksək və uca axirət evini yer üzündə təkəbbürlük, (başqaları üzərində) hökmranlıq və fitnə-fəsad iddiasında olmayanlara nəsib edirik. (Gözəl) aqibət (ancaq) təqvalılara məxsusdur". ("Qəsəs" 83).
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim libas geyinər, onda özünü böyük hesab edərsə, Allah onu bunun vasitəsilə cəhənnəmin ağzına sallayar və onu Qarunla həmrah edər".
İmam Əli (ə) cəmiyyətdə yoxsul insanın qalmaması üçün bəzi tövsiyələr vermişdi: "Allah Təala yoxsulların ruzisini malda və zənginlikdə qərar vermişdi. Ona görə də o yerdə ki, ac yoxsul vardır, onun haqqı zənginlərin rəngli süfrəsindədir. Allah Təala zənginlərdən bunu geri istəyəcəkdir".
O insan ki, təmtəraqlı yaşayar, infaq və fədakarlıq kimi kəlmələr ona uzaq olar. Çünki bu kəlmələr onların istəklərinə qarşıdır.
İmam Kazım (ə) buyurur: "O kəs ki, mötədildir, qənaət edir, nemətlərini əldən verməz. Ancaq o kəs ki, israf edər, nemətləri əldən verər".
Dəbdəbəli yaşamaq insan üçün Qiyamətdə ağrılı əzab gətirər. İnsan Qiyamət günü yerinə yetirdiyi hər bir əmələ görə hesaba çəkilər. İmam Sadiq (ə) buyurur: "Ehtiyacdan artıq olan ev Qiyamət günü sahibinin çiynində olacaqdır". Bunun mənası odur ki, Allah Qiyamət gününün sabahısı bu işə görə onu hesaba çəkəcəkdir. O, bu işi ilə yükünü daha da ağırlaşdıra bilər.
İmam Kazım (ə) Peyğəmbərdən (s) nəql edir: "Nə zaman bəndə özünü zalım sultana yaxın edərsə, Allahdan uzaq olmuşdur deməkdir. Mal və sərvəti hər nə qədər çox olarsa, Allah yanındakı hesab və kitabı da çətin olar".
Bütün bu deyilənlərdən tək çarə yolu vardır ki, bu da sadə və qənaətli yaşamaqdır. Əhli-beytdən (ə) nümunə götürmək - israfa mane olar. "Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır". ("Əhzab" 21).
 
Əgər cəmiyyət mötədil yaşamağı bacararsa, məhv olmaz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR