Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Erməni silahlı bölmələri atəşkəsi 18 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəsi 18 dəfə pozub

Ermənilər atəşkəsi 143 dəfə pozub (22 Mart 2017 10:19)
Ermənilər atəşkəsi 143 dəfə pozdu (22 Mart 2017 10:04)
Düşmən iriçaplı pulemyotlardan atəşkəsi 128 dəfə pozub (21 Mart 2017 10:59)

Tarix: 25 Oktyabr 2016 09:07

Bakı. 25 oktyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.
"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qaymaqlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Teqlər:  Erməni silahlı bölmələri atəşkəsi 18 dəfə pozub



RƏYLƏR


Top xəbərlər