Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cənub bölgəsinə qar yağır

Cənub bölgəsinə qar yağır

Date: 25 October 2016 09:32

Lənkəran. 25 oktyabr. REPORT.AZ/ Ötən gecədən başlayaraq cənub bölgəsinin dağlıq rayonlarına qar yağır. 
"Report"un Cənub bürosu xəbər verir ki, aramsız yağışlardan sonra havanın temperaturu daha da aşağı düşüb.
Dağlıq rayonlardan olan Lerikin mərkəzində 5 santimetr, yuxarı dağlıq ərazilərdə 15 sm-ə qədər, Yardımlıda mərkəzə 2-3 santimetr, yuxarı kəndlərdə 10 sm-ə qədər qar düşüb. 
Digər dağətəyi yaşayış məntəqələrində sulu qar yağır.
Rayon Fövqəladə hallar üzrə komissiyalardan hər hansı bir çətinliyin yaşanmadığı, elektrik enerjisi və mavi qazın verilişində açılmaların olmadığı bildirilib.





Tags:  Cənub bölgəsinə qar yağır

RƏYLƏR


Top news