Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yuxulayan sürücü qəza törətdi, ata və oğlu xəsarət aldı

Yuxulayan sürücü qəza törətdi, ata və oğlu xəsarət aldı

Date: 25 October 2016 09:33

Bakıda yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var.

Hadisə Xəzər rayonunun Qala qəsəbəsində qeydə alınıb. Burada 1965-ci il təvəllüdlü Ağayev Azər Şirməmməd oğlunun idarəetməsində olan "Peugeot" markalı avtomobillə "Shacman" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü A.Ağayev və onun yanında sərnişin qismində əyləşən oğlu 19 yaşlı Ağayev Əfqan ağır bədən xəsarətləri alıb.

Xəsarət alan hər iki şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. A.Ağayevin vəziyyəti nisbətən ağırdır.

Qəzaya səbəb kimi "Shacman" markalı yük avtomobilinin sürücüsünün yuxulaması göstərilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində (RPİ) araşdırmalara başlanılıb. (Report.az)


Tags:  Yuxulayan sürücü qəza törətdi ata oğlu xəsarət aldı


RƏYLƏR


Top news