"Neftçi" "Qarabağ"a qarşı

"Neftçi" "Qarabağ"a qarşı
09:42 25 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq. 

Milli.Az Report-a istinadən xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk oyunda "Sumqayıt" evdə turnir cədvəlinin hazırkı lideri "Qəbələ"ni sınağa çəkəcək. Qonaqlar qələbə sayəsində birincilik mövqeyini qoruyacaqsa, "Gənclik şəhəri" təmsilçisi xal ehtiyatını 11-ə çatdıracaq. Bu isə "Sumqayıt"ın "Kəpəz" və "Zirə" ilə xallarını eyniləşdirməsi deməkdir. Komandalar bununla da 4, 5 və 6-cı pillələri bölüşəcəklər. Komandalar bu günədək ölkə çempionatlarında 17 oyun keçiriblər. Bu görüşlərin 13-nü "Qəbələ", 1-ni isə "Sumqayıt" qalib qismində başa vurub. 3 oyunda isə heç-heçə qeydə alınıb. "Sumqayıt" 12 matçdır rəqibinə qalib gəlmir. "Qəbələ" isə son 2 səfər matçında heç-heçəylə kifayətlənib.

Turun son görüşündə isə "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gələcəklər. Bu görüş hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Cari mövsüm istədiyi nəticəni qazana bilməyən "Neftçi" ev oyununda qalib gəlməklə həm komandada ruh yüksəkliyini yaxşılaşdıracaq, həm də turnir cədvəlində mövqeyini az da olsa, düzəltmiş olacaq. "Qarabağ" isə hazırkı lider "Qəbələ" ilə xal fərqini azaltmaq üçün mütləq qələbə qazanmalıdır. Komandalar ölkə çempionatlarında 65 oyun keçiriblər. Qarşılaşmaların 23-də "Qarabağ", 18-də isə "Neftçi" qələbəyə sevinən tərəf olub. 24 oyunda isə qalib müəyyənləşməyib. Cütlüyün son 3 görüşündə "Qarabağ" qələbə qazanıb. "Neftçi" evdə son 2 oyundur meydanı qolsuz tərk etməyib. Bakılılar son 13 oyunda yalnız 1 dəfə 3 xal qazanıblar.

Azərbaycan Premyer Liqası, IX tur
25 oktyabr

16:00. "Sumqayıt" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cavanşir Yusifov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Sumqayıt. "Kapital Bank Arena"
19:00. "Neftçi" - "Qarabağ"
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
Bakı. "Bakcell Arena"

Qeyd edək ki, turun ilk oyununda "Kəpəz" "İnter"lə (0:0), AZAL isə "Zirə" ilə (1:1) sülh bağlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR