Bakı sakini qonşusunu huşu itənədək bel ilə döyüb

Bakı sakini qonşusunu huşu itənədək bel ilə döyüb
09:47 25 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakıda qonşular arasında dava düşüb, onlardan biri xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə M.Ə.Rəsulzadə qəsəbəsi, Sərabski küçəsi 18 ünvanında qeydə alınıb.
1982-ci il təvəllüdlü İsmayılov Amil Qnyaz oğlu qonşusu ilə mübahisə edib. Söz mübahisəsi əlbəyaxa davaya çevrilib. A.İsmayılov qonşusunun bel ilə hücumuna məruz qalıb. Baş və bədən nahiyəsindən aldığı xəsarətlərdən huşunu itirən A.İsmayılov 1 saylı Şəhər Kliniki Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı hüquq-mühafizə orqanının əməkdaşları araşdırma aparır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/baki-sakini-qonsusunu-husu-itenedek-bel-ile-doyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR