Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

300 əməliyyat etdirən müğənni öldü - VİDEO - FOTO

300 əməliyyat etdirən müğənni öldü - VİDEO - FOTO

Date: 25 October 2016 09:52

Britaniyanın məşhur müğənnilərindən biri, "Dead or Alive" qrupunun solisti, 57 yaşlı Pit Börns vəfat edib.

Milli.Az The Sun-a istinadən bildirir ki, onun infarktdan keçindiyi müəyyənləşib.

P.Börns 1985-ci ildə "You Spin Me Round" sinqli sayəsində məşhurlaşmışdı.

Androgen olan Pit Börns ekssentrik səhnə obrazlarını sürəkli olaraq dəyişirdi.

O, daha sonra cinsini dəyişərək qadın olmaq qərarına gəlmişdi. 300 plastik cərrahiyyə əməliyyatına məruz qalmış müğənni 2007-ci ildə plastik cərrahı məhkəməyə vermişdi. Onun sözlərinə görə, cərrah onun dodaqlarındakı əməliyyatı yanlış aparmış, sonucda dodaqlar həddən ziyadə şişmişdi.

P.Börns Britaniyada və ABŞ-da bir neçə populyar realiti-şouya da qatılmışdı.

Müğənnini uzun müddət homoseksual saysalar da, o, bisekusual idi. 1980-ci ildə Linn Korlettlə ailə quran Börns həmin qadınla 2006-cı ildə boşanıb. Sonra isə o, Maykl Simpsona ərə getmişdi.

Milli.Az








































Tags:  300 əməliyyat etdirən müğənni öldü VİDEO FOTO

RƏYLƏR


Top news