Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azəri Günel özünə həm nişan, həm doğum günü elədi - FOTO

Azəri Günel özünə həm nişan, həm doğum günü elədi - FOTO

Date: 25 October 2016 10:12

Tanınmış müğənninin ən xoş günü. Primetime.az xəbər verir ki, bu gün Türkiyədə yaşayıb, fəaliyyət göstərən tanınmış müğənni Azəri Günelin doğum günüdür. 31 yaşı tamam olan müğənni ötən gün qardaş ölkədə özünə təmtəraqlı məclis qurub.

İfaçı həm ad gününü, həm də nişanını ailəsi və yaxın dost-tanışının ətrafında bir arada qeyd edib. Müğənninin şad gününə sevinib, məclisində iştirak edənlərdən biri də Türkiyədə yaşayan məşhur azərbaycanlı müğənni İradə İbrahimova olub.

Xatırladaq ki, Günelin sevgilisi Cem Ozan Torunlarla bir neçə gün öncə həri mərasimi baş tutmuşdu. Qeyd edək ki, Azəri Günel 1985-ci ilin 25 oktyabr tarixində dünyaya göz açıb.

Milli.Az





Tags:  Azəri Günel özünə nişan doğum günü elədi FOTO

RƏYLƏR


Top news