Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu il Bakıda yollara 600 min manat ziyan vurulub

Bu il Bakıda yollara 600 min manat ziyan vurulub

Date: 25 October 2016 10:14

 

2016-cı ilin 9 ayı ərzində Azərbaycanda ümumilikdə yol təsərrüfatına 593 238 manat məbləğində maddi ziyan dəyib.

 

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dəymiş ziyan məbləğindən 294 871,0 manat (49,7%) ödənilib.

 

Bu ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 494 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6783,1 p/m əyrixətli tirlər, 12 ədəd işıq dirəyi, 12 p/m səs boğucu qurğu, 139 metr dəmir-beton sədlər, 30 p/m körpü məhəccəri, 31 p/m istinad divarı və 29 ədəd yol nişanı yararsız hala düşüb.  Dəymiş ziyanın ödənilməsi məqsədilə, 334 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə, 51 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 105 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün isə onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

 


Tags:  il Bakıda yollara 600 min manat ziyan vurulub


RƏYLƏR


Top news